Birinci Qarabağ Savaşı Şəhidi İlqar Abbasovla İkinci Vətən Müharibəsi Şəhidi Yaqub Yaqubovun Cənnətdəki doğum günlərində-AİLƏLƏRİ, OCAQLARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bərdənin Kələntərli kəndinin Şəhidləri-1 iyun 1973-cü il doğumlu, subay, Azərbaycan Ordusunun Əsgəri-Birinci Qarabağ Savaşı Şəhidi İlqar Vahid oğlu Abbasov və 1 iyun 1997-ci il təvəllüdlü, subay, MAXE-İkinci Vətən Müharibəsi Şəhidi Yaqub İlham oğlu Yaqubovun Cənnətdəki doğum günləri ilə bağlı bu gün ailələrini, ocaqlarını ziyarət etdik.

Həm Qusarlı, həm Bərdəli Birinci Qarabağ Şəhidi Sərhəd Zöhrabbəyovun xanımı Etibar Hüseynova, Bərdəli, həm də Suraxanılı İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə Qəribova, o cümlədən Kələntərli kəndindən və hər zaman Şəhid, Qazi ailələrinin yanında olan Yasif Mustafayevlə birlikdə İlqar Abbasovun anası Sürəyya Abbasova, həmçinin, Yaqub Yaqubovun valideynləri-anası Nazimə Babaşova, atası İlham Yaqubov, tək qardaşı Orxan Yaqubov və yeznəsi, Qazi Əhməd Alılyevlə bir araya gəldik.

Hər iki Şəhidimizin ailəsinə bir daha Allahdan səbr və dözüm dilədik.

“Şəhidlərimizin-İlham Abbasovun və Yaqub Yaqubovun məqamları Uca, ruhları şad olsun!”-dedik.

Ziyarət zamanı hər iki Şəhidimizin və cəmi Şəhidlərimizin ruhları qarşısında baş əydiyimizi, onlara borclu olduğumuzu dilə gətirdik.

Sonra hər iki Şəhidimizin ailə üzvləri, doğmaları ilə söhbətləşdik, dərdləşdik.

Şəhidlərimizin qısa, lakin şərəfli həyat, hərb və döyüş yollarına birlikdə nəzər saldıq.

Bir daha və bir daha baş Tacımız olan Şəhidlərimizlə, Vətən sevdalılarımızla-İlqar Abbasovla, Yaqub Yaqubovla Qürurlandıq, İftixarlandıq.

Digər Şəhidlərimiz kimi hər iksinin də həyat və döyüş yolu əsl Qəhrəman, əsl Şəhid yoludur.

Hər iksi də bu gün cismən bizlər arasında olmasa belə, qısa ömürlərindəki həyat dastanları ruhən, mənən bizlər arasında, bizimlədirlər.

Və Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, onlar da daim mənən, ruhən bizimlə, bizlərlə bir arada olacaq, bizimlə birlikdə yaşayacaqlar!

Hər ikisinin də məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nur içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Cəmil Məmmədliyə həsr olunmuş “Elə bir ömür yaşayacam ki…” sənədli filminin təqdimatı-BU DƏFƏ TƏHSİL ALDIĞI AzTU-DA – FOTOLAR -YENİLƏNİB – (1)

Read Next

Hava küləkli olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir