Birinci Qarabağ Savaşının əfsanəvi qəhrəmanlarından olan Sərdar Əmiraslanovun Şəhidliyinin 30-cu ildönümüdndə adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, PROBLEMLƏR İÇİNDƏ YAŞAYAN ŞƏHİD BACISI QARDAŞININ RUHUNU ŞAD ETDİ, ANIM MƏRASİMİ KEÇİRDİ – FOTOLAR- YENİLƏNİB – (3)

Bu gün Kürdəmirin Birinci Vətən Müharibəsi Şəhidlərindən olan Sərdar Səftər oğlu Əmiraslanovun Vətən, Qarabağ yolunda canını fəda etməsindən düz 30 il ötür.

1992-ci ilin fevral ayından iyun ayına kimi Qarabağ uğrunda döyüşlərdə iştirak edən Sərdar Əmiraslanov elə həmin ilin iyunun 17-dən 18-nə keçən gecə Tərtər-Ağdərə istiqamətində,”Cəhənnəm dərəsi” (“Tülkü dərəsi”) deyilən yerdə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib.

1970-ci il doğumlu, 22 yaşlı idmançı, güləşçi, respbulika çempionu, neçə-neçə yarışların qalibi və nişanlı olan Sərdar Əmiraslanovun nəşi ayın 18-də Kürdəmirə, Şahsevənə gətirilərək, torpağa tapşırılıb.

Etikxeber.az xəbər verir ki, bu gün, 18 iyun tarixində-Şəhidliyinin, Əbədiyyətə uğurlanmasının 30-cu ildönümündə Kürdəmirin Şahsevən kəndində Sərdar Əmiraslanovun adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.

Mərasimdə Şəhidin bir övlad anası olan tək bacısı, qardaşı, yaxınları, kənd sakinləri, Kürdəmirdən, Mingəçevirdən, Bərdədən, Bakıdan və başqa bölgələrdən olan Şəhid ailələri, Birinci və İkinci Qarabağ Savaşının iştirakçıları, Qazilər, din xadimləri, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Əminə Ağazadənin köməkçisi və digər şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, çıxışlar edilib.

Çıxışlarda Şəhid Sərdar Əmiraslanovun qısa, lakin şərəfli həyat və döyüş yolundan, İgidliyindən, Qəhrəmanlığından bəhs edilib.

XƏSTƏ, ANADANGƏLMƏ QÜSURLU ÖVLADI İLƏ TALEYİN ÜMİDİNƏ BURAXILAN, DÜZ-ƏMƏLLİ EV-EŞİYİ OLMAYAN, İLLƏRDİR PROBLEMLƏR, ƏZİYYƏTLƏR İÇİNDƏ YAŞAYAN ŞƏHİD BACISI 30 İLDƏN SONRA QARDAŞINA “ŞƏHİD BULAĞI” TİKDİRDİ, AZ DA OLSA, TƏSƏLLİ TAPDI, NAKAM QARDAŞININ RUHUNU ŞAD ETDİ…

“Şəhid bulağı”nın tikilməsinin əsas səbəbkarı, təşəbbüskarı və təşkilatçısı olan Şəhidin tək bacısı Nailə Əmiraslanova isə öz növbəsində mərasim iştirakçılarına, zəhməti keçən insanlara minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Şəhid bulağı” Şəhid bacısının illərlə topladığı, bir kənara atdığı maliyyə vəsati hesabına və iki ilə başa gəlib.

Sonra “Şəhid bulağı”nın üzərindən örpək götürülüb, bulağın açılışı edilib.

Açılışdan sonra Sərdar Əmiraslanovun Şəhidliyinin 30-cu ildönümü ilə bağlı “Sabrina” şadlıq evində anım mərasimi keçirilib, adına ehsan verilib.

Anım mərasimində də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha çıxışlar edilib, bir daha Şəhidin ruhuna dualar olunub, əzizlərinə, bacısı-ana əvəzi Nailə Əmiraslanovaya bir daha başsağlığı verilib, onlara bir daha Allahdan səbr və dözüm arzulanıb.

Mərasimdə həmçinin məktəblilər tərəfindən Vətənə, Sərdar Əmiraslanova, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məkanı cənnətlik, məqamı Uca, Dərgahı mübarək olsun!

Nur içində yatsın!

12:50

***

FOTOLAR:

13:01

***

13:12

***

13:34

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Kiyev və ya hər hansı təhlükəsiz Ukrayna şəhəri “Avroviziya” üçün fantastik bir yer olardı”-CONSONDAN ÇAĞIRIŞ

Read Next

“Ukraynadakı münaqişənin illərlə davam edə biləcəyinə hazır olmalıyıq”-NATO-NUN BAŞ KATİBİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir