Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Qubadlılı olan İkinci Vətən Müharibəsi Şəhidi-Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin Anım günüdür.
Vüqar Ağayevin bu gün-2 noyabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub oxunub.
Şəhidin keçdiyi 47 illik şərəfli həyat, ömür, hərb və döyüş yolundan danışılıb, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Eyni zamanda, Şəhidin doğmalarına-anası Xanım Ağayevaya Allahdan səbr və dözüm arzulanıb.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Şəhidin məzarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Anım məclisi düzənlənib, Şəhidin adına çay-ehsan süfrəsi açılıb.
Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Məclisdə bir daha Şəhidin ruhuna dualar olunub.
Sonra Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Məclisdə həmçinin, Lerikli Şəhid İmaməli İbrahimovun ailəsi adından Vüqar Ağayevin anası Xanım Ağayevaya üzərində Şəhidin şəkli olan xalça təqdim-hədiyyə olunub.
Xalçanı Şəhidin anasına “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və Şəhid anası Mətanət Nəcəfova təqdim edib.
Şəhidin məzarını ziyarətdə və Anım məclisində anası, doğmaları, Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri, Abdin Fərzəliyev başda olmaqla, Abşeron rayon İcra Hakimiyyətinin, o cümlədən Qubadlı rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri və digərlər şəxslər iştirak ediblər.
Etikxeber.az-ın xəbərinə görə, Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin mart ayının 4-də Qubadlının Xanlıq kəndində, hərbçi ailəsində anadan olub.
Ailədən 4 uşaq, 3 qardaş, 1 bacı olublar.
Orta məktəbi bitirdikdən sonra atası kimi həyatını Ordu, hərb ilə bağlayıb, ali-hərbi təhsilli, peşəkar hərbçi olub.
Birinci Qarabağ Savaşında iştirak edən Vüqar Ağayev Mayor (əslində polkovnik-leytenant) hərbi rütbəsinə qədər yüksəlib.
Xidmətlərinə görə ölkə Prezidenti və Müdafiə Nazirliyi tərəfindən dəfələrlə təltif olunub, medallara layiq görülüb.
Vüqar Ağayev təqaüddə, istefada olsa da, İkinci Vətən Müharibəsinin ilk günlərindən son günlərinə, Şəhidliyinə qədər ən ağır döyüşlərdə iştirak edib.
Üzun və şərəfli döyüş yolu keçib.
Noyabr ayının 1-də isə doğulub boya-başa çatdığı Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, noyabrın 2-də İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı və iki medalla-“Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Eyni zamanda, Şəhidə həsr olunmuş “Torpaqdan torpağa” və “Vətənin Vüqarı” sənədli filmləri çəkilib.
Vüqar Ağayev həm də ailəli, iki övlad atası olub.
Pərvin və Yeganə adlı övladları Vətənə əmanət qalıb.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
13:45
***
FOTOLAR:
15:00
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az