Birinci Qarabağ Savaşının iştirakçısı-Qəhrəman atanın özü kimi, Qəhrəman, İgid övladı-ŞƏHİD MƏHYƏDDİN MƏMMƏDOV… – FOTOLAR

Şəhidim…Nur üzlüm…

Tarixi 44 günlük İkinci Vətən Müharibəsinin daha bir Qəhrəmanı, daha bir İgidi, daha bir Şəhidi…

Öz qanı, öz canı ilə Vətəni Vətən edən Oğlullardan biri-Şəhid Məhyəddin Yaşar oğlu Məmmədov…

Şəhidimiz 1998-ci ilin avqustun 17-də Ağdaş rayonunun Nemətabad kəndində, sadə bir ailədə anadan olub…

Sonra, 2003-cü ildə ailəsi ilə birgə Mingəçevir şəhərinə, “AZ DRES” qəsəbəsinə köçüblər…

2005-ci ildə adıçəkilən qəsəbədəki Nizami Gəncəvi adına 8 nömrəli məktəbə, birinci sinifə gedib…

Orta məktəbi bitirdikdən sonra, 2016-cı ilin oktyabr ayının 5-də Beyləqan rayonuna- həqiqi hərbi xidmətə yola düşüb və 2018-ci ildə, aprelin 12-də əsgərliyini başa vuraraq, evinə qayıdıb…

Ancaq hərbi xidmətdən qayıtdıqdan az sonra yenidən Orduya qayıdıb, 2018-ci ilin oktyabrın ayının 8-də MAXE kimi fəaliyyət göstərməyə başlayıb, işlədiyi müddətdə də ona kiçik çavuş hərbi rütbəsi verilib…

2020-ci ilin sentyabın 27-də, İkinci Vətən Müharibəsi başlayan gün müharibəyə, döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, neçə-neçə döyüş yoldaşını ölümdən qurtarıb, xilas edib…

Və…elə həmin gün, sentyabrın 27-də Tərtər-Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak-Şəhid olub…

Şəhidimiz 1 gün sonra, sentyabrın 28-də Mİngəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra Şəhidimiz Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub…

Qeyd edək ki, Şəhidimizin atası Yaşar Məmmədov da müharibə iştirakçısı, döyüşçü olub, Birinci Qarabağ Savaşında iştirak edib… Ümumiyyətlə, 1992-96-cı illərdə Orduda olub…

O, Füzuli, Ağdam Beyləqan istiqamətlərində döyüşlərdə iştirak edib…Hətta 1992-ci ildə ağır döyüşlərdən birində Şəhid olan dostu-Milli Qəhrəman Ruslan Muradovun nəşini çiyinlərində daşıyıb…

“Üstüm-başım təmiz qan içində idi…Atam məni al-qan içində görəndə ağladı… Bir dostun, döyüş yoldaşının gözünün önündə ölümünün nə demək olduğunu bilirəm, bilirdim…Mənim 1992-ci ildə yarımçıq qoyduğum işi, Qələbəni oğlum öz qanı-canı ilə qəhrəmancasına həll etdi, yerinə yetirdi…Oğlum da neçə-neçə dostunu xilas etdi…Axırıncı dəfə yaralı komandarini döyüş bölgəsindən çıxaran zaman oğlumu arxadan snayperlə vurdular və…Mənim oğlum namusumuzu, təmizlədi, üzərimizdəki ləkəni götürdü…Bir ata kimi Oğlumla fəxr edir, qürur duyuram!”-deyə, Şəhidimizin atası bildirir…

Atalar məsələsində deyildiyi kimi, ot kökü üstündə bitər…

Bəli, Qəhrəman atanın da Məhyəddin kimi, Qəhrəman oğlu, İgid övladı olar…Əksi mümkün də deyil…Necə ki, olmadı da…

Allah Şəhidimizə, nur üzlümüzə qəni-qəni rəhmət etsin, Şəhidimizin valideynlərinə isə səbr versin!

Məhyəddin də daxil olmaqla, bütün Şəhidlər baş tacımız, qürur, iftixar mənbəyimiz, and yerimizdirlər!

Yerləri, məkanları cənnətlik, behiştlik olsun!

Mənən, ruhən bizimlədirlər və hər zaman da bizimlə-Azərbaycan var olduqca, var olacaqlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyevlə Lukaşenkonun qeyri-rəsmi-GÖRÜŞÜ – FOTO

Read Next

İnsanlığı öz şəxsiyyətində ölümsüzləşdirən-İNSAN – Züleyxa NADİR YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir