Birinci Qarabağ Savaşının Şəhidi Vacib Babayev: 11 NƏFƏRLİK AİLƏSİ HƏLƏ DƏ BİR MƏNZİLDƏ VƏ KİRAYƏDƏ YAŞAYIR, MƏZARI HƏLƏ DƏ BƏRBAD VƏZİYYƏTDƏDİR…AİDİYYATI QURUMLAR İSƏ SUSMAQDA DAVAM EDİRLƏR…-FOTOLAR

Vacib Babayev…

Birinci Qarabağ Savaşının, Birinci Vətən Müharibəsinin iştirakçılarından, Qəhrəmanlarından, İgidlərindən biri…

Daha bir Vətən sevdalımız, daha bir Nur üzlümüz, daha bir Şəhidimiz…

Vacib Babayev 1961-cı ildə Qəbələ rayonunun Şamlı kəndində anadan olub…

Sovetlər dövründə orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olub, sonra evinə, ailəsinə dönüb…

Sonra ailə həyatı qurub və ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayıb…

Fəhlə, çilingər işləyib…

Birinci Qarabağ Savaşı zamanı, 1994-cü ildə isə səfərbərliyə cəlb olunub, müharibəyə çağırılıb, döyüşlərdə iştirak edib iki ay…

1994-cü ilin aprelin 26-da Füzuli istiqamətində qızğın döyüşlərdən birində ağır yaralanıb…

Və cəmi 20 gündən sonra dünyasını dəyişib, Şəhidlik məqamına ucalıb…

Ailəsinə Şəhidliyi xəbəri elə həmin gün, mayın 16-da verilib və valideynlərinin istəyi ilə Qəbələnin Şamlı kəndində dəfn olunub…

Vacib Şəhid olan zaman 3 övladı-iki oğlu, bir qızı Vətənə əmanət qalıb…

Böyük övladı həmin vaxt ikinci sinifdə oxuyurmuş…

Ailəsi hazırda da Mingəçevirdə, kirayədə yaşayır…

Özü də qələbəlik, 11 nəfərlik ailə…

Şəhid ailəsinin 8 il öncəyə qədər yaşadığı ev, mənzil olub…

Ailə böyüdüyü, ailə üzvlərinin sayı artdığı üçün onu satmaq məcburiyyətində qalıblar…

Amma o vaxtdan da ev, mənzil problemlərini həll edə bilməyiblər…

Və düz 8 ildir ki, Şəhidin xanımı, iki oğlu, iki gəlini və 6 nəvəsi bir evdə, bir mənzildə, kirayədə yaşayırlar…

Şəhidin övladları dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu gün də işsizdirlər, işlə təmin olunmayıblar…

Çox çətin şərtlər içində, çox zor şərtlər daxilində yaşayırlar…

Dərdləri azmış kimi, Şəhidin Şamlıdakı məzarı da çox baxımsız, çox bərbad vəziyyətdədir…

Məzarlıqdan belə əsər-əlamət yoxdur…

Qəbələnin, o cümlədən Şamlının rəhbər şəxsləri də bu mənzərini görməzdən gəlirlər…

Şəhidin məzarını təzələmək, abadlaşdırmaq barədə düşünmürlər, düşünmək belə istəmirlər…

Bu isə Şəhidin ailəsini çox üzür, çox incidir, çox narahat edir…

Həm evsizlik, həm işsizlik, üstəlik Şəhidin məzarının bərbad durumda olması…

Çox üzücü, çox təəssüfedici, çox ürəkdağlayan bir mənzərə…

Artıq Şəhidin ailəsinə laqeydliyin, Şəhidin məzarına hörmətsizliyin aradan qaldırılması zamanıdır, hətta zamanı çoxdan ötüb- keçib…

Artıq Şəhidin ailəsinin həm mənzillə, həm işlə təmin edilməsi, həm də məzarının Vətən sevdalısının adına layiq şəkildə təzələnməsi, abadlaşdırılması lazımdır…

İstər Mingəçevir şəhər rəhbərliyi, istər Dövlət Sosial Xidmətlər Agentliyi, istərsə də Qəbələ İcra Hakimiyyəti “qış yuxusu”ndan ayılmalı, Şəhidin Haqqını tanımalı, Şəhidin ailəsinə sahiblənməlidirlər…

Borclarıdır, görəvləridir, vəzifələridir!

ŞƏHİDİN ÖMÜR-GÜN YOLDAŞI İRADƏ XANIM, İRADƏ ANA…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1924 yeni yoluxma-DAHA 23 ÖLÜM…

Read Next

16 noyabr 2021-ci il Şəhidimiz: Ailənin tək və subay oğlu, cəmi 8 ayın Əsgəri-ELMİN SAMİR OĞLU ƏLİZADƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir