Birinci qrup əlillər də ali və orta ixtisas məktəblərində pulsuz təhsil alsın – Komitə sədri

“Bizim komitə olaraq yeni bir ideyamız-təklifimiz var. Biz istəyirik ki, birinci qrup əlillər də ali və orta ixtisas məktəblərində pulsuz təhsil alsınlar, daha doğrusu, dövlət hesabına təhsilə yiyələnsinlər”.

Etikxeber.az xəbər verir ki, bunu Mili Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sözügedən komitənin parlamentin qarşıdan gələn növbəti payız sesiyası ilə bağlı sentyabrın 16-da keçirilən iclasında deyib.

Onun sözlərinə görə, artıq şəhid ailələri və onlara bərabər tutulan birinci və ikinci qrup Qarabağ müharibəsi əlillərinin ailə üzləri, övladları pulsuz, yəni, dövlət hesabına təhsil hüququna malikdirlər.

Ona görə də istəyirik ki, birinci qrup əlillər də pulsuz təhsil ala bilsinlər. Düzdür, bu maliyyə tutumlu məsələdir, hətta, əlillik məsələsində kimlərsə bundan yenə sui-istifadə etməyə çalışar, amma hesab edirəm ki, bu təhlükə də aradan qaldırılır. Yəni, artıq kimlərsə qabaqlar olduğu kimi, qeyri-qanuni yollarla əlliklik dərəcəsi ali bilmir və bilməz. Müvafiq nairlik bu məsələdə şəffaflığı təmin etməkdədir. Amma biz bu məsələnin də həllin tapmasını, bununla bağlı qanun layihəsi hazırlanıb müzakirə çıxarılmasını və qəbul olunmasını istəıyirik. Elə hesab edirik ki, bizim bu təşəbbüsmüz parlament üzvləri tətəfindən də dəstəklənər və dəstəklənəcək”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Palatadan 10 sığorta vasitəçisinə xəbərdarlıq

Read Next

Araz Əlizadə: “Üstünə baxırsan ki, dörd və ya beş ulduzlu oteldir, amma içərisi mal tövləsi…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir