Birinci vitse-prezidentə və vitse-prezidentlərə dövlət qulluqçusu statusu şamil edilməyəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə dövlət qulluqçusu statusu şamil edilməyəcək

Etikxeber.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 2-ci maddəsinin (Dövlət qulluğu) 2.4-cü bəndinə dəyişiklik təklif edilir.

mehri-harb

Yəni, 2.4-cü maddəyə görə,  adıçəkilən qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

Az qala MM-in səlahiyyətləri başqa qurumlara verilir… – HƏSƏNQULİYEV – YENİLƏNİB – (1)

Read Next

Dəyilikliklər Antidopinq Agentliyinin fəaliyyətini genişləndirəcək – ÜLVİ QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir