Birinci vitse-prezident Elçibəyin xanımının yas xərclərini öz üzərinə götürdü

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Etikxeber.az xəbər verir ki, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib.

Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu) aparılıb.

Onu da bildirək ki, Əbülfəz Elçibəy 2000-ci il avqust ayının 22-də vəfat edib.

Mərhum Prezident Heydər Əliyev onun dəfnində iştirak edib.

Etikxeber.az

Read Previous

“Təəssüflər olsun ki, rəyləri yığa bilmədik və…” – MUSA QULİYEV

Read Next

Akşənər Elçibəyin xanımından yazdı və başsağlığı verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir