Birinci vitse-prezident müəllimləri təbrik etdi: “MÜƏLLİMLİK HÖRMƏTLİ PEŞƏDİR”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Etikxeber.az məlumat verir ki, təbrikdə deyilir:

“Əziz müəllimlərimiz, Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.

 Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

Premyer Liqada 7-ci tura start verilir – BU GÜN

Read Next

Bakı polisindən Milli Şuraya – XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir