Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mehriban ƏLİYEVA: Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəldi.
Etikxeber.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydu.


***

Mehriban Əliyeva və Leyla Əliyeva həmçinin, İsmayıllı rayonunun Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən evdə görülən işlərlə tanış oldu.
***
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəldi, burada yaradılan şəraitlə tanış oldu.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sizi yeni evinizdə xoş gördük.
Sədiqə Orucova: Xoş gəlmisiniz. Çox sağ olun.
Mehriban Əliyeva: Zəlzələ evinizi tam yararsız vəziyyətə salmışdı?
Sədiqə Orucova: Bəli. Çox sağ olun. Nə yaxşı ki, Siz gəldiniz. Minnətdarıq.
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin salamlarını çatdıraraq, gələcəkdə yeni evdə ancaq xoş hadisələrin qeyd olunmasını arzuladı.
Mehriban Əliyeva dedi:
-Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur.
Yəni, bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır.
Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə görülən işlərdən danışarkən, regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini vurğuladı, bu gün bütün rayonlarımızın abadlaşdığını, yeni infrastrukturla təmin edildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd etdi.
Mehriban Əliyeva:
-2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Biz keçmişə nəzər salsaq görərik ki, bütün ölkə üzrə, bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Yəni, bu, bütün istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır.
Bu, öz növbəsində, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılan addımlar və proqramlar davam edəcək. Əlbəttə, bu işlər Azərbaycanın gələcək inkişafına, Azərbaycan xalqının yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.
Zəlzələdən əvvəl evin sahəsi 70 kvadratmetr idisə, yeni ev 100 kvadratmetrdir. 11 sot həyətyanı sahəsi olan evin otaqları tam təmir edilib.
***
Eyni zamanda, İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub.
Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər.
İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşıladılar.
Mehriban Əliyeva: Sizin İvanovka kəndində olmağıma çox
şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm.
Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri
Olqa Jabina: Salam. Xoş gəlmisiniz.
Mehriban Əliyeva: Sağ olun.
Milli geyimli qızlar: Bizim çörəyimizin dadına baxın.
Mehriban Əliyeva: Məmnuniyyətlə.
Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva
çörəyin dadına baxdılar.
Mehriban Əliyeva: Sizin yeməkləriniz həmişə ləzizdir.
Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış oldu.
Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva dedi: Salam. Sizi Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Sizin yanınıza qonaq gələndə həmişə xoşbəxt oluram.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Sarayının musiqi kollektivinin ifalarını dinlədi.
İvanovka Mədəniyyət Sarayı 1985-ci ildə tikilib. Binada uzun müddət əsaslı təmir işləri aparılmadığından yararsız vəziyyətə düşmüşdü və mədəniyyət müəssisəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Prezident İlham Əliyevin 2018-ci ilin sentyabrında imzaladığı Sərəncama əsasən İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarlarla təmin edilməsi üçün Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat vəsait ayrıldı, binanın əvvəlki memarlıq üslubu saxlanmaqla əsaslı təmir edildi. Burada akt, banket zalları, musiqi məktəbinin fəaliyyət göstərdiyi otaqlar, rəqs salonu, kitabxana əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu.
Olqa Jabina: Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun.
Mehriban Əliyeva: Sizin konsertlərinizi dinləməyə gələcəyik.
Olqa Jabina: Həmişə şadıq.
Mehriban Əliyeva: Çox sağ olun. Sizə uğurlar arzulayırıq.


***
Mehriban Əliyeva və qızı Leyla Əliyeva bununla yanaşı, İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılan şəraitlə tanış oldu.
İsmayıllı şəhərində məktəbəqədər yaşlı uşaqların sayı 2300 nəfərdir ki, onlardan 195 nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Məsələnin həlli məqsədilə Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla İsmayıllı şəhəri ərazisində yeni 100 yerlik uşaq bağçası binasının tikintisinə Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılmışdı. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri görülüb.
Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az





