Birinci vitse-prezidentin toxunulmazlığı ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək?

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

mehriban xanim-preziodent

Z. Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.

“Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür” – deyə, o, vurğulayıb.

Etikxeber.az

 

Read Previous

Bahar Muradovadan Arif Rəhimzadəyə dəstək

Read Next

Məktəblərdə təmayüllərin hansı istiqamətlər üzrə təşkil olunacağı açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir