Birləşmiş universitetin rektoru kim olacaq: Məmmədova, yoxsa, Babanlı ?..

Havar Məmmədovun vəzifəsindən azad olunub, “Qafqaz” Universitetinə rektor təyinatından sonra onun Texniki Universitetdəki rektor yeri hələ də boş qalmaqdadır.

Etikxeber.az-ın Gununsesi.info-ya istinadən məlumatına görə, artıq bir neçə ay keçməsinə baxmayaraq, adıçəkilən universitetə yeni rektor təyin olunmayıb, daha doğrusu, rektor təyinatı gecikir.

Məlumatlı mənbənin bildirdiyinə görə isə bunun bir neçə səbəbi var.

Birincisi, Texniki Universitetin  Dövlət Neft və Sənaye Universiteti ilə birləşdirilməsi variantı gözdən keçirilir. Bu variant alınarsa,  birləşmiş universitetə  Texniki Universitetin keçmiş kadrı,  yəni, beynəlxalq əlaqələr üzrə eks prorekroru, texnika elmləri doktoru, 2015-ci ildəndə Dövlət Neft və Sənaye Universitetinə rektor təyin olunan Mustafa Babanlının  rektorluğu nəzərdə tututlur.

Bu yerdə xatırladaq ki, əslən qazaxlı olan M. Babanlı tanınmış yazıçı Vidadi Babanlının qardaşı oğludur və 2010-2015-ci illərdə Texniki Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

İkinci variant isə Texniki Universitetin İnşaat və Mühəndislər Universiteti ilə birləşdirilməsidir. Qeyd edək ki, hələ sovetlər dövründə bu iki ali təhsil ocağı bir müddət bir institut kimi fəaliyyət göstərib və sonradan ayrı-ayrı müstəqil institutlara bölünüblər. Əgər ikinci variant reallaşarsa, o zaman yeni birləşmiş universitetin rektorunun İnşaat və Mühəndislər Universitetinin 1999-cu ildən bu yana rektoru olan (iki dəfə də millət vəkili olub) və əslən Qərbi azərbaycanlı, memarlıq doktoru Gülçöhrə Məmmədovanın olacağı gözlənilir.

Mənbənin bilgisinə görə, məhz yeni təyinatı ləngidən də budur-bir posta iki rekorun iddialı olmasıdır və artıq onlar arasında da rektorluq-nüfuz savaşı getməkdədir.

Kimin bu “savaş”dan qalib çıxacağı, yeni birləşmiş universitetə rektor təyin olunacağı isə zaman məsələsidir…

Onu da qeyd edək ki, H. Məmmədovdan sonra Texniki Universitetə müvəqqəti olaraq əslən zaqatalalı olan və  adıçəkilən təhsil ocağının prorektoru  işləyən Xalıq Yahudov rəhbərlik edir.

***

Etikxeber.az-ın əldə etdiyi məlumata görə isə birləşmiş universitetin yeni rektoru vəzifəsinə G. Məmmədova daha şanslı görünür. Çünki onun hakimiyyətdəki dayaqları kifayət qədər güclüdür. Həm də rektorluğu (təşkilatçılq qabiliyyəti) və zamanında millət vəkilliyi (2000-2005 və 2010-2015-ci illər) ilə hakimiyyətin etimadını qazana, özünü doğrulda bilib. Həmçinin, hakimiyyətə sədaqəti ilə özünü göstərib.

Etikxeber.az

Read Previous

Runi “Mançester Yunayted” klubunun tarixində ən məhsuldar futbolçu olub

Read Next

Qüdsdə yük maşını kütləyə çırpıldı, 4 nəfər öldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir