“Birlikdə etirazımızı bildirməliyik” – MƏLAHƏT İBRAHİMQIZI ÇAĞIRIŞ ETDİ

Azərbaycanlı deputat türkdilli dövlətlərin qadın parlamentarilərinə səsləndi

Azərbaycan 30 ildən çoxdur ki, Ermənistan tərəfindən zorla münaqişəyə cəlb olunub. Torpaqlarımızn 20 faizi hələ də işğal altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Onların böyük əksəriyyəti də qadınlardır, münaqişədən ən çox əziyyət çəkənlər də yenə qadınlardır.

Etikxeber.az  xəbər ki, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxışı zamanı millət vəkili Məlahət İbrahimqızı deyib.

O, deyib ki, millət vəkilləri, parlamentarilər həm də siyasilərdir, siyasi vəzifə daşıyırlar.

mm-türkpa

“Ona görə hesab edirəm ki, biz siyasilər, bura-TÜRKPA bayrağı altında konfransa toplaşan xanım parlamentarilər olaraq, bir daha bu işğala, Ermənistanın təcavüzkarlığına kəskin etirazımızı bildirməliyik, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını beynəlxalq ictimaiyyətdən, dünya birliyindən, beynəlxalq vasitəçilərdən tələb etməliyik. Çünki biz birlikdə olanda güclü oluruq. Bir birlikdə-Türk çoğrafiyasını əhatə, təmsil edən xanım millət vəkilləri olaraq, öz haqq səsimizi ucaltmalıyıq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bank olmayan kredit təşkilatları attestasiyadan keçəcək – YENİLİK

Read Next

“İnsanların işini çətinləşdirməyək” – VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir