Namizədliyini irəli sürən bitərəflərin sırasına daha bir millət vəkili qoşuldu…

Namizədliyini irəli sürən bitərəf deputaların sayı 21-ə çatıb.

Etikxeber.az-ın xəbərinə görə, 2-ci çağırışdan (2000-ci ildən)  Milli Məclisin (MM) üzvü olan professor,  parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev də seçkilərə qatılmaq qərarı verib.

5-ci dəfə namizədliyini verən B. Əliyevin bu dəfə də Ağdamdan-saylı dairəsindən seçkilərə qatılacağı gözlənilir.

Eyni zamanda, “21-lər”-in arasında adını hələlik açıqlamaq istəmədiyimiz daha bir tanınmış millət vəkili var.

Həmin millət vəkili də Qarabağ bölgəsini parlamentdə təmsil edir.

O, seçildiyi dairədən 3-cü dəfə seçkilərə qatılmaq qərarı verib.

Bununla yanaşı, 36 bitərəf deputatdan daha 6-7-sinin namizədliyini irəli sürəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

Qüdrət Həsənquliyev Səməd Seyidovun “dairəsi”ndən – SEÇKİLƏRƏ QATILIR…

Read Next

Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı mühüm – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir