“Bizə mane olmasalar…” – OQTAY ƏSƏOV GÜRCÜ HƏMKARI İLƏ GÖRÜŞDÜ

 İrakli KOBAXİDZE: Ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq

Milli Məclisdə  (MM) parlamentin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az-ın məlumatına görə, O.Əsədov görüşdə bildirib ki, Azərbaycan və gürcü xalqlarının dostluğunun qədim tarixi var.

Onun sözlərinə görə,  həm Azərbaycan, həm Gürcüstan müstəqillik əldə etdikdən sonra münabətlər inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb:

“Çox sevindirici haldır ki, dövlət başçıları çoxsaylı qarşılıqlı səfərlər edib, görüşlər keçirib. Bu, strateji əməkdaşlığımızın yüksək səviyyəsini nümayiş etdirir. Siyasi əlaqələrmizlə bərbər, iqtisadi əlaqələrimiz də inkişaf edib. 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik. Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdırlar. “Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu oynadığımızın təzahürüdür.

Biz çox şadıq ki, enerji ilə bərabər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə SOCAR yanacaqdoldurma məntəqələrini görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Parlament əlaqələrimiz yüksək səviyyədə inkişaf edib. Deputatlarımız beynəlxalq təşkilatlarda bir-birlərinin mövqelərini həmişə dəstəkləyirlər. Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze  isə qəbula görə təşəkkür edib, iki ölkə arasında əməkdaşlığın sıx olmasından bəhs edib:

“Biz Avropa Şurası və digər beynəlxalq təşkidatlarda sıx əməkdaşlıq edir, bir-birimizin maraqlarını qoruyuruq. Əlbəttə, siyasi əlaqələrin inkşafında parlamentlərarası əlaqələr də çox önəmlidir. Şadam ki, bu sıx əməkdaşlıq xüsusən parlamentlərarası dostluq qrupları arasında mövcuddur” .

O, eyni zamanda, bildirib ki, Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar:

“İki ölkə arasında tarixi dostluq münasibətləri var. Münasibətlərin inkşafında Heydər Əliyevin xidməti çox böyük idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr dinamik inkişaf eir. Azərbaycan tərəfindən Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşılması çox əhəmiyyətlidir. Gürcüstan da Azərbayanın ərazi bütövlüyünə anoloji qayda da yanaşır. Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. Ümumiyyətlə, ölkələrimiz üçün sülhün və stabilliyin çox ğöyük əhəmiyyəti var. Sülh və stabillik olmasa ölkələrimizin iknşafına böyük prroblemlər yaranar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Artımların inflyasiyaya hər hansı bir ciddi təsirini gözləmirik” – SAHİL BABAYEV

Read Next

Asəf Hacıyev yenidən QDİƏT PM-in baş katibi seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir