“Biz bilməliyik ki, bu vəsaitlər necə və nəyə sərf olunur?!” – DEPUTAT

Vahid Əhmədov: Orduya ictimai nəzarət təmin edilməlidir

Orduya ictimai nəzarətin təmin edilməsi vacibdir. Xüsusilə də, millət vəkillərinin bu mühüm sahəyə ictimai nəzarəti təmin edilməlidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

VAHİDDD

Millət vəkili deyib ki, çünki orduya dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılır:

“Bu gün büdcənin haradasa 12-14 faizini orduya ayrılan vəsaitlər təşkil edir. Bu, çox böyük rəqəmdir. Əslində belə də olmalıdır. Çünki biz həm də müharibə vəziyyətində olan bir ölkəyik. 30 ildir ki, zorla münaqişəyə cəlb olunmuşuq. Ona görə də ordunun gücləndirilməsinə diqqət ikiqat, üçqat olmalıdır.

Amma bununla belə, bu sahəyə, Müdafiə Nazirliyinə ictimai nəzarət də mütləq olmalıdır. Ordunu da nəzarətsiz buraxmaq olmaz. Biz bilməliyik ki, bu vəsaitlər necə və nəyə sərf olunur?!

Ümumiyyətlə, bu gün bütün sahələrə ictimai nəzarət vacibdir. Bildiyiniz kimi, 3 il öncə sahbkarlar, iş adamları yoxlamalardan azad edildilər. Bu, çox yaxşı və vaxtında atılmış addım idi.

Amma çox təəssüflər olsun ki, bundan da sui-istifadə edənlər tapıldı. Bəzi iş adamları, sahibkarlar öz bildiklərini etməklə məşğul oldular. Bunlar isə təbii ki, yolverilməz hallardır. Odur ki, ictimai nəzarət hər bir sahəyə, o cümlədən, orduya da mütləqdir, vacibdir”.

 

Etikxeber.az

Read Previous

İlahiyyat İnstitutuna rektor təyin olunub – SƏRƏNCAM

Read Next

“Dünya Azərbaycana məhkumdur” – ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir