“Biz birlikdə qalib gələcəyik: Pakistan onu təhdid edən terrordan qurtulacaq, Kəşmir problemi öz ədalətli həllini tapacaq, Azərbaycan isə mənfur erməni işğalına birdəfəlik son qoyacaq, Madagizdə dalğalanan bayrağmız Qarabağımızın bütün guşələrində dalğalandırılacaq”-ELDAR İBRAHİMOV YAZDI

Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri qardaş və dost Pakistandır.

Ermənistanla 29 il ərzində heç bir siyasi-diplomatik münasibətlər, əlaqələr qurmayan üç ölkədən biri yenə də Pakistan dövlətidir.

Qarabağ münaqişəsində Azərbaycana birmənalı dəstəyini verən, daim Azərbaycanın haqlı mövqeyindən çıxış edən iki-üç ölkədən biri yenə Pakistandır.

20-ci əsrin ən böyük və ən faciəli insanlıq dramı olan Xocalı qətliamını soyqırımı aktı kimi, tanıyan ilk ölkələrdən biri və birincisi yenə Pakistandır.

Bir-birimizdən məsafəcə çox uzaqda olsaq da, bizləri əsl dostluq və qardaşlıq telləri bağlayır və Azərbaycan-Pakistan münasibətləri bu gün dünyaya örnək olacaq bir nümunədir.

Heç təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev ikinci hakimiyyəti dövründə ilk səfərlərindən birini məhz Pakistana etmişdi. Bu, Pakistanla əlaqələrə verilən böyük dəyərin təcəssümü idi.

Eyni zamanda, dəfələrlə Pakistanın dövlət, hökumət başçıları, parlament rəhbərləri, yüksək səviyyəli nümayəndə heyətləri qardaş, dost Azərbaycana səfər ediblər.

Həmçinin, Azərbaycandan dövlət, hökumət, parlament rəsmiləri və nümayəndə heyətləri səviyyəsində dəfələrlə qardaş və dost Pakistana yüksək səviyyəli səfərlər edilib.

3 çağırış dalbadal Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Pakistanda səfərdə olmuşam, Pakistan Senatının rəhbər şəxsləri, deputatları ilə görüşmüşəm.

Dəfələrlə Milli Məclisdə pakistanlı həmkarlarımızla bir araya gəlmişik, geniş, hərtərəfli səmimi müzakirələr aparmışıq.

Həm dövlətlərimiz, həm hökumətlərimiz, həm də parlamentlərimiz səviyyəsində çox gözəl münasibətlər mövcud olub və bu gün də belədir, daha üst səvviyyədədir.

Yəni, bu günə kimi, elə bir məsələ olmayıb ki, orada Pakistana bizə dəstək verməsin, biz də qardaş Pakistanı müdafiə etməyək.

Hər zaman bütün platformalarda bir-birimzə qardaş dəstəyi vermişik, vahid mövqedən çıxış etmişk.

Elə bu yerdə fürsətdən istifadə edib, Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə, ölkəmiz haqqında yüksək səviyyəli fikirlərinə görə, Pakistan Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri, dostum, qardaşım Müşaid Hüseynə təşəkkürmü bildirirəm. Bizim ailəvi dostluğumuz var, Azərbaycana gələrkən, qonağımız olub. Bir daha ona öz minnətdarlığımı ifadə edirəm.

“Dost dar gündə tanınar”-deyib, atalarımız. Pakistan həm dar gün gündə, həm də xoş gündə bizimlə bir olub, birgə olub, sınaqdan üzüağ, alnıaçıq çıxıb, biz də həmçinin. Bu gün də belədir.

İstər iyul-Tovuz hadisələri zamanı, istərsə də sentyabrın 27-də Ermənistanın növbəti təxribatından sonra yaranmış vəziyyətlə bağlı Pakistan öz birmənalı, dost, qardaş mövqeyini ortaya qoyub, Ermənistanın işğalçılığını və təcavüzkarlığını birmənalı şəkildə pisləyib, münaqişənin bütün hallarda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bəyan edib. Həmçinin, Qarabağın işğaldan azad olunması yolunda Azərbaycanın bütün qərarlarını, addımlarını istisnasız dəstəklədiyini və dəstkləyəcəyini ifadə edib.

Heç təsadüfi deyil ki, sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən dövlət başçımız cənab İlham Əliyev “Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı ölkənizin Azərbaycana davamlı dəstəyinə görə sizə minnətdarıq”-deyə bildirib və əlavə edib ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir.

“Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir”-deyə, sözlərinə davam edən dövlət başçımız həmçinin bildirib ki, bizim dostluğumuz və qardaşlığımız davam edəcək.

Həmçinin, bugünlərdə Pakistan parlamentinin (Senatının) spikeri ilə Milli Məclisin sədri Sahibə xanım Qafarova arasında telefon söhbəti olub, Pakistanın Azərbaycana növbəti dəfə dəstəyi idafə edilib. Bunun özü də dostluğumuzun, qardaşlığımızın növbəti bariz, əyani nümunəsidir.

Bununla yanaşı, cənab Prezident Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşərkən bir daha qardaş və dost Pakistana yüksək səviyyədə münasibətini ifadə edib, ona təşəkkürünü bildirib.

Dövlət başçımız “Bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər”-deyərək, Pakistanın Azərbaycan üçün daim böyük önəm daşıdığını və daşıyacağını ifadə edib.

Bəli, dünən də Pakistan bizim yanımızda olub, bu gün də bizim yanımızdadır, sabah da bizim yanımızda olacaq, buna əsla şübhə yoxdur

Biz də hər zaman Pakistanın yanında olmuşuq, bu gün də oluruq, gələcədə də olacağıq.

Bu münasibətlərə kimsə mane ola bilməz, bilməyib, bilməyəcək.

Biz birlikdə qalib gələcəyik, Pakistan onu təhdid edən terrordan qurtulacaq, Kəşmir problemi öz ədalətli həllini tapacaq, Azərbaycan isə mənfur erməni işğalına birdəfəlik son qoyacaq.

Bu gün Madagizdə (Suqovuşanda) dalğalanan, dalğalandırılan müqəddəs üçrəngli bayrağımız tezliklə Qarabağımızın, işğal olunmuş ərazilərimizin hər bir guşəsində göylərə, ənginliklərə ucalacaq, ucaldılacaq.

Füzulinin, Cəbrayılın kəndlərindən, Madagizdən başlanan Zəfər yürüşü Xankəndidə, Şuşada, Laçında Qələbə ilə başa çatacaq.

Qarabağ bizimdir və bizim olacaq!

21:38, 3 oktyabr

Eldar İBRAHİMOV,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Cəbrayıl rayonunun Şükürbəyli və Şəybəy kəndinin görüntüsü-YAYILDI…-YENİLƏNİB

Read Next

Yoluxmada yenidən artım-182 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir