“Biz buna əminik və birmənalı olaraq Ali Baş Komandanın bunu edəcəyinə inanırıq…Qarabağ bizimdir, bizim olacaq!”-ELDƏNİZ SƏLİMOV

Azərbaycan Respublikası hegemon dövlətlər arasında daim öz qüdrətini göstərmişdir.

Elə buna görə də həmişə Ermənistan bundan ehtiyyat edərək öz havadarlarına arxayın olub addımlar atmış və hər zamanda məğlub olmuş, uduzmağa davam etmişdir.

Cənab Prezident İlham Əliyev heç bir zaman yürütdüyü siyasətdən kənar müstəvidə hərəkət etməmiş Ulu Öndərin qoyduğu cığır ilə dövlətimizi daim yüksək mövqelərə gətirib çıxarmışdır.

Günümüzdə gedən müharibədə buna açıq sübutdur ki, Ermənistan həm hərbi həm də siyasi tərəfdən bizdən dəfələrlə aşağı səviyyələrdə yer alır.

Paşinyanın verdiyi bütün qərarlar yalnış yöndə olaraq Ermənistanı uçuruma aparır.

Son Gəncə hadisəsidə Beynəlxalq arenada açıq şəkildə Azərbaycana qarşı yönəldilmiş terror hadisəsi olmasını sübut edir.

Lakin erməni lobbisi güclü təsirə malik olduğundan bizim bütün hüquqi tələblərimiz düzgün şəkildə yerinə yetirilmir, açıq aydın qərəzli şəkildə Azərbaycana qarşı yönəldilmiş bir təsir mexanizmi var.

Dinc əhalinin bombalanması, uşaqdan böyüyə qədər günahsız insanların öldürülməsinə göz yummaq özü bir cinayətdir.

Bunun məsulliyətini kim daşıyır? Hər kəsə məlumdur ki, Azərbaycan daim hüquqi qaydaları qoruyaraq hərb meydanında döyüş aparır.

Hətta humanitar atəşkəsidə ilk olaraq Ermənistan tərəfi pozmuşdur. Belə bir halda haqq-ədalətdən necə söz gedə bilər?

Cənab Prezidentimizin dediyi kimi: “Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Bəli, bu döyüş bizim torpaqlarımızda aparılır. İnşallah,bütün torpaqlarımız düşmən tapdağından azad olacaqdır.

Hətta burda belə Ermənistanın faşist əməlləri göz önündədir. Çünki həmin yerlərdə heç bir tikili salamat deyil.

Hər yeri xarabalığa çevirmişlər. Buda onların necə vəhşi bir ruhda və xəstə psixologiyada olduğlarının sübutudur.

Lakin Cənab Prezident İlham Əliyev Türkiyənin “Haber Global”a verdiyi müsahibəsində bildirmişdir ki: “biz geri qaytarılmış torpaqlarımızda şəhərlər salacaq, həyatı geri qaytaracaq, bütün dağılmış yerləri bərpa edəcəyik”.

Dünya onların törətdiyi vəhşiliyi görür və görəcəkdə. Bəli Azərbaycan Cocuqmərcanlı kəndini yernidən 8 ay ərzində dirçəldərək kənd salmışdırsa geri qaytarılan bütün torpaqlarımızda bu prosses gedəcəkdir.

Biz buna əminik və birmənalı olaraq Ali Baş Komandanın bunu edəcəyinə inanırıq.

Bu haqq yolunda biz tək deyilik. Qardaş ölkə Türkiyənin mənəvi dəstəyi daim bizimlədir.

Cənab Rəcəb Tayyip Ərdoğanın Prezidentimiz İlham Əliyevlə sıx, isti qardaş münasibəti vardır. Biz millət olaraq, bunu Türk xalqından hiss edirik, edəcəyik də.

Çünki Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Bütün çıxışlarında bizim yanımızda olduğunu cənab Ərdoğanda dəfələrlə qeyd etmişdir. Biz ikinci ən böyük mənəvi dəstəyi Pakistandan alırıq. Pakistan daim bizim yanımızdadır.

Onun bizə dəstəyi birmənalı olaraq Türkiyədən geri qalmır. Təbii ki, bütün bu dövlətlər arası münasibətlər qarşılıqlıdır. Biz də öz növbəmizdə Türkiyə və Pakistanı qardaş ölkə olaraq görür və dəstəkləyirik.

Hər zaman bu söz deyilir Qarabağ Azərbaycandır!

Amma indi bütün dünya görür ki, həqiqətən bu belədir. Biz bu yoldan geri dönən deyilik. Nə qədər ki, bizim torpaqlarımızdan ermənilər rədd olub getməyiblər, bu müharibə sürəcəkdir.

Biz millət olaraq son damla qanımızadək bu savaşda döyüşməyə hazırıq.

Bugünkü növbəti Qələbə, Zəfər xəbəri, daha 8 kəndimizin erməni, düşmən tapdağından azad edilməsi bir daha onu göstərir ki, Qarabağ bizimdir!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Daha 8 kəndin işğaldan azad edilməsi son olmayacaq, hələ davamı gələcək…Bizi Zəfər yürüşündən heç kim dayandıra bilməz, cünki biz haqq yolundayıq”-KAMİLƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNƏ VƏ AZƏRBAYCAN ORDUSUNA MİNNƏTDARLIQ ETDİ

Read Next

Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində-ƏLAQƏLƏNDİRİCİ ŞƏXSLƏR MÜƏYYƏN EDİLİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir