“Biz bunu dəyərləndiririk…”- BAŞ NAZİR

“SOCAR Azərbaycan və Gürcüstan dövlətləri və xalqlarımız arasındakı dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsində çox böyük işlər görüb. Biz bunu yüksək dəyərləndiririk”.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.

Baş nazir deyib: “SOCAR Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ən iri şirkətdir. Ölkə iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görüb. Bizim gələcək inkişafla bağlı çox böyük layihələrimiz var. SOCAR-ın da bu layihələrdə iştirakında maraqlıyıq”.

G.Kvirikaşvilinin sözlərinə görə, bu layihələr təkcə Gürcüstanın qazlaşdırılması ilə bağlı deyil. Nəzərdə tutulan layihələr Gürcüstanın müxtəlif sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanın və Gürcüstanın maraqlarına xidmət edir.

Etikxeber.az

Read Previous

Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxsə 14 il həbs cəzası istədi

Read Next

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0