Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
PREZİDENT: Demokratik inkişafla bağlı siyasətimiz çox düzgün siyasətdir
Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib.
Oxu.Az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

O, deyib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilib:
“Demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub”.
Prezident daha sonra deyib:
“Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.
***
Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb.
Bunu da prezident andiçmə mərasimində deyib.
“Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur”-deyən, prezident eyni zamanda bildirib ki, Azərbaycan xalqı onların yerini çoxdan müəyyən edib və bu da tarixin zibilxanasıdır:
“Azərbaycan xalqı bir daha xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə öz yerini göstərdi. Seçkilərdən əvvəl və sonra onların təşkil etdikləri yığıncaqlar bir daha göstərdi ki, Azərbaycan xalqı xaricdən idarə olunan qrupların Azərbaycanda hansısa mövqeyə sahib olmasına heç vaxt imkan verməz”.
Etikxeber.az





