“Biz HDP olaraq Türkiyənin bütünlüyünü, vahidliyini qəbul edirik” – ƏRTOĞRUL KÜRKÇÜ

“Biz məsələni bu terminlərlə dəyərləndirmirik. Biz onları – PKK və PYD-nin silahlı mücadilə aparan siyasi təşkilatlar olaraq görürük”.

Etikxeber.az-ın xəbərinə görə, bunu bugünlərdə AŞPA nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edən HDP-nin keçmiş həmsədri, hazırda partiyanın İzmir millət vəkili olan Ərtoğrul Kürkçü adıçəkilən təşkilatın daim işbirliyi içində olduğu PKK və PYD-ni terrotçu təşkilat sayıb-saymadıqları məsələsinə aydınlıq gətirərkən bildirib.

Bununla yanaşı, o, HDP-nin bu gün Türkiyənin ərazi bütövlüyünü, onun sərhədlərinin toxunulmazlığını, vahidliyini qəbul etdiyini də iddia edib:

“Şübhəsiz, Türkiyə konstitusion rejiminin legitim olduğunu qəbul etdiyimizi bəyan etmişik. Axtardığımız həll yolları məhz bu rejim çərçivəsindədir. Ancaq Türkiyənin idarəçilik rejimində hər gün yeni dəyişikliklər aparıla bilər. Məsələn, baxın, dünən parlamentar rejimdə idik, Türkiyə ölkədə keçirilən xalq referendumu əsasında prezidentlik rejiminə doğru yönəldi. Bu gün mərkəzləşmiş idarəçilik mövcuddur. Səhərisi gün bunun muxtar idarəçilik qurumlarından ibarət idarəçiliyə çevrilməsinin qarşısında heç bir maneə yoxdur. Ancaq bizim müzakirələrimiz Türkiyənin siyasi sərhədləri, coğrafi sərhədləri ilə əlaqədar deyil. Bu sərhədlər daxilində yerli idarəçiliklərin xalq cəmiyyətlərinin mərkəzdən daha çox muxtariyyət əldə etməsi və öz qərarlarını  özlərinin qəbul etməsi ilə əlaqədardır…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

İkinci dəfə İran Prezidenti seçilən Ruhaninin andiçmə mərasimi avqust ayında keçiriləcək

Read Next

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir