“Biz mədəniyyətimizi qorumalıyıq…Biz həm də mədəniyyət müharibəsi aparırıq və bu müharibəni də udmalıyıq”-ÇİNGİZ ABDULLAYEV

Ermənilər deyirlər ki, min illərdir burada, bu torpaqlarda, Qarabağda yaşamışımıq. Yaxşı, yaşamısınızsa, onda hanı sizin bu min illər ərzində yazıçılarınız, şairləriniz? Birinin adını çəkə, göstərə billərsinizmi? Hanı sizin müğənniləriniz, bəstəkarlarınız? Varsa, göstərin də?!

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ziyalı, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

Xalq yazıçısı ermənilərin iddialarını gülünc, saxtakarlıq adlandıraraq, qeyd edib ki, bu torpaqlarda, Qarabağda yetişən məhz bizim şairlərdir, yazıçılardır, müğənnilərdir, bəstəkarlardır.

“Başqalarını demirəm, Molla Pənah Vaqifdən üzü bəri məhz bizim şairlərdir, yazıçılardır, bəstəkarlardır. Onların heç nəyi olmayıb, yoxdur. Ona görə biz hər zaman mədəniyyətimizi qorumalıyıq. Çünki mədəniyyət ən böyük gücdür, sərvətdir, silahdır. Ermənilər bizim bütün mədəniyyətimizə, adət-ənənələrimizə iddia edirlər, sahiblənmək istəyirlər. İmkan verməməliyik.

Bəzən dolmadan söz düşəndə deyirik, ehh, burada nə var ki?! Belə, deyil. Dolma da bizimdir, basdırma da bizimdir, digərləri də. Ermənilər dolmaya “tolma” deyirlər. Bəsdirin də?! Bu qədər də olmaz, axı?! Dolma təmiz türk sözüdür, basdırma da! Bu, mədəniyyət müharibəsidir həm də…Və biz bu müharibədə də qalib gəlməliyik, ehh, deyib, keçməməliyik.

Ermənilər ötən əsrin 40-cı illərində Üzeyir bəyin “Arşın mal alan” operettasını erməni operattası kimi təqdim etməyə çalışırdılar. Elə bu yaxınlarda Qara Qarayevin guya erməni bəstəkarı olduğu haqda iddialar ortaya atırdılar. Odur ki, biz mədəniyyətimizi birmənalı şəkildə qorumalı, mədəniyyət müharibəsini də udmalıyıq”-deyə, Xalq yazıçısı əlavə edib.

11:34, 9 oktyabr

Etikxeber.az

Read Previous

“Bu, bizim hamımıza bir daha müharibənin dəhşətlərini, dağıntılarını göstərir…”-DİPLOMATLAR ERMƏNİLƏRİN GƏNCƏ VANDALİZMİ HAQDA

Read Next

“Gəncəyə hücum nəticəsində baş verən qətliamın Xocalıda baş verən soyqırımından heç bir fərqi yoxdur…”-SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir