“Biz o abidələrin dağıdılmasının əleyhinəyik…” – DEPUTAT

Azərbaycanda sovet dövrünün abidələrindən ibarət parkın yaradılması təklif edilib.

Etikxeber.az  məlumat verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov komitənin sentyabrın 19-da keçirilən iclasında çıxış edərkən deyib.

“Mən vaxtilə Bakıda sovet dövrünün abidələri dağıdılanda təklif etmişdim ki, o abidələri yığsınlar. Həmin abidələr yığılsın və ayrıca park düzəldilsin. Uşaqları o parka apararaq sovet tarixini göstərsinlər. Bildirsinlər ki, bizə 11-cı Ordunun xilaskarımız olduğunu deyiblər, amma bunlar bizim xilaskarımız olmayıb, onlar Azərbaycanı işğal ediblər. Yaxud ,Azərbaycanın başqa siyasi xadimləri olub ki, o dövrdə onlar qəhrəman sayılıblar, adlarına küçələr verilib”-deyən komitə sədrinin sözlərinə görə, amma dövr dəyişib:

“Cumhuriyyət qurucularının adlarını demək sovet dövründə qadağan edilmişdi. Əsas odur ki, biz tarixi gələcək nəsillərə olduğu kimi çatdıraq”.

R.Hüseynov qeyd edib ki, Polşada “Dekommunizasiya haqqında” qanun qəbul edilib: “Yəni, kommunizmin yaşamasını göstərən abidələrin dağıdılması nəzərdə tutulur. Biz o abidələrin dağıdılmasının əleyhinəyik. Rusiyanın Dövlət Duması da buna ayrıca öz etirazını bildirəcək. Bu tarixdir, ona toxunmaq olmaz”.

Komitə üzvləri Jalə Əliyeva ilə Gövhər Baxşəliyeva da Polşada sovet abidələrinə qarşı addımları pisləyiblər və bildiriblər ki, bunlar yolverilməzdir.

Etikxeber.az

Read Previous

1960-cı ildən əvvələ aid olan muzey əhəmiyyətli əşyalar mədəni sərvətlər hesab ediləcək – KOMİTƏ SƏDRİ

Read Next

Musa Quliyevdən iki təklif

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir