Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Gərgin zamanlarda ölkədə sosial siyasətə daha çox ehtiyac olur. Ölkədə sosial siyasətin anestezioloqları da bizik. Biz passiv olanda isə ortalıq boş qalmır. Müxalifət, dağıdıcı qüvvələr bizim yerimizi alır”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin parlamentin növbəti yaz sesiyası ilə bağlı yanvarın 26-da keçirilən ilk iclasında deyib. Millət vəkili bu məqamda işləməyin labüd olduğunu diqqətə çatdırıb:
Adıçəkilən komitənin sədri Hadi Rəcəbli də öz növbəsində bildirib ki, Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının qanunvericilik planına daxil edilib:
“Biz neçə illərdir bu sənəd üzərində işləyirik. Bu məsələ çoxdan bizim “mətbəximizdə”, gündəmimizdədir. Burada da bir çox ölkələrin təcrübəsi nəzərə alınıb. Məsələn, 2013-də Rusiyada belə bir qanun qəbul edilib, çox gözəl də işləyir, müsbət effektini də verir. Biz də istəyirik ki, bu qanun təkmil və işlək olsun. Hazırda onun üzrəində işlər gedir və ola bilər ki, mart ayında onu plenar iclasa tövsiyə edək, çıxaraq” – deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az