“Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!”-MİLLƏT VƏKİLİ ŞƏHİD ELÇİN ALIYEVİN AİLƏSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, mayor Elçin Bayram oğlu Alıyevin anası Adilə Cəlil qızı Alıyeva, həyat yoldaşı Təzəgül Alıyeva və qəhrəman şəhidimizin qardaşı ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, peşəkar hərbçinin döyüş yolu ilə maraqlanan komitə sədri, şəhidin ailə üzvləri ilə ürək sözlərini bölüşüb.

O, deyib:

“Əziz anam, əziz bacım, əziz qardaşım, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi Elçin Bayram oğlu Alıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı mərdliklə döyüşüb, Şuşada şəhid olub. Şəhid mayor II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Alıyev Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

O, həmçinin Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Elçin Alıyev kimi peşəkar hərbçilərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirk! Şəhid mayorumuzun ömrü övladlarında yaşasın!”

Qəhrəman şəhidimizin ailəsinə Komitə adından Təşəkkür Məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə millət vəkili Ceyhun Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və ürək sözlərini bölüşüblər.

Etikxeber.az

Read Previous

Yol polisindən sürücülərə-MÜRACİƏT…

Read Next

Daxili Qoşunların hərbi qulluqçuları-TƏLTİF EDİLDİ – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir