Biz “ştangist” hazırlayırıq? – AQİL ABBASDAN TƏPKİ

Məktəblərdə dərslərin iyunun 15-nə qədər uzaldılması nə deməkdir? Buna nə ehtiyac var?
Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı millət vəkili Aqil Abbas deyib.
aqil_abbas_esas
O, bildirib ki, xüsusilə də, aşağı siniflərdə oxuyan uşaqların,  şagirdlərin dərslərinin iyunun 15-nə kimi uzaldılması düzgün deyil.
“Biz millət vəkilləriyik, artıq növbədənkənar iclasları nəzərə almasaq, tətilə çıxmış sayılırıq. Amma uşaqlar hələ də istinin bu günündə məktəblərə gedirlər.Bunun təhsilə, həmin uşaqlara axı, nə xeyri var? Hər dəfə təhsil naziri dəyişəndə, hərəsi özündən bir şey çıxarır. Bu, düzgün deyil. Hesab edirəm ki, bu məsələ aradan qaldırılmalıdır. Bir də uşaqların məktəb çantaları ilə bağlı ciddi problemlər var. Az qala hər çantanın 7 kq çəkisi var. Biz uşaqları “ştangist” hazırlayırıq? Ona görə uşaqlar çox zaman ataları, nənələri ya da anaları ilə dərsə getməli olurlar. Bu da aradan qaldırılmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

O adamın,ümumiyyətlə, psixoloji durumu yerində olubmu? – MİLLƏT VƏKİLİ

Read Next

Təhsil nazirinin müavinləri zəngimə cavab vermədi – ELŞƏN MUSAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir