Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ÖLÜMƏ “XOŞ GƏLDİN” DEMƏYİN ZAMANI GƏLDİ!
Ağrılı, həm də faciəli bir durumdayıq!
Ermənilər Qarabağda at oynadır, hər gün müharibəyə səbəb olacaq bəyanatlar verir, bizi təhqir eləmək üçün əllərindən gələni eləyirlər!
Biz susuruq!
Qarabağ əldən gedir…
BMT- nin məlum qətnamələri torpaqlarımızı azad etmək hüququnu təsdiqləyir!
Uzun illər ərzində mən bu qənaətə gəlmişəm ki, bizim işğaldakı torpaqları azad eləmək fikrimiz yoxdu!!!
Qarabağda baş verən son hadisələrdən sonra, Azərbaycan hökumətinin, iqtidarının (elə müxalifətinin də) səssizliyi ölüm sükutunu xatırladır!
Mən düz 22 il bundan əvvəl ölkə rəhbəri ilə görüşdə söyləmişdim ki, əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxara bilər!
Bu gün də bu düşüncədəyəm!
Biz susduqca, düşmən həyasızlaşır!
Mən belə düşünürəm ki, bu, artıq sondu!
Elə bir gün gəldi ki,Vətən meydanlarda bağıranları yox, susub onu sevənləri çağırır artıq!!!
Rüstəm BEHRUDİ
Etixeber.az





