Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) sədr müavini, Pakistan Parlamentinin beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Müşahid Hüseyn Seyid ilə görüşü keçirildi.
Etikxeber.az xəbər verir ki, komitə sədri bildirdi ki, Azərbaycan Asiya ölkələri ilə münasibətlərə xüsusi önəm verir:
“Pakistanla əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Bu ölkənin nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana səfər edirlər. Həmçinin, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə yaxından əməkdaşlıq edir. Biz təşkilatın fəaliyyətini dəstəkləyirik”.
Səməd Seyidov Milli Məclisin və sədrlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verdi. Parlament diplomatiyası və parlament ənənələrinin formalaşması baxımından ölkədə əhəmiyyətli işlərin görüldüyünü dedi. Müxtəlif ölkələrlə, o cümlədən Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının mövcud olduğunu söylədi.
Söhbət zamanı ölkəmizin müstəqillik illərində dinamik inkişafı, dünya dövlətləri, həmçinin Pakistanla əlaqələrin genişləndirilməsi barədə söhbət açıldı. Qeyd edildi ki, biz region dövlətləri ilə münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əsasında həyata keçiririk.
Qonaq təmsil etdiyi təşkilatın YAP-ın fəaliyyətini yüksək dəyərləndirdiyi söylədi. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətlərinin Pakistana səfərlərini yüksək qiymətləndirdi.
Parlamentlərarası əlaqələrin genişləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd etdi.
Etikxeber.az