“Biz unutmamalıyıq ki…” – BAHAR MURADOVA – FOTO

Biz unutmamalıyıq ki, heç bir haqlar başqalarının hüquqlarının pozulması üzərində həyata keçirilə bilməz. Münaqişə zonasında yaşamış insanlar orada yaşamağa davam edən insanlarla bərabər hüquqlara malikdirlər.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın ATƏTPA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova  qurumun Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclasında deyib.

bahar-baharrrrrr

“Buna müvafiq olaraq, Dağlıq Qarabağdan və Azərbaycanın ona bitişik yeddi rayonundan didərgin salınmış Azərbaycan icmasının təmsilçiləri hazırda orada yaşayan ermənilərlə eyni hüquqlara malikdirlər”-deyən vitse-spiker Ermənistan nümayəndələrinin müxtəlif beynəlxalq tədbirlərdə təcavüz faktını, onların ölkəsi tərəfindən Azərbaycan ərazilərinin beşdəbir hissəsinin işğal olunmasını və erməni tərəfinin törətdiyi hərbi cinayətləri dəfələrlə ört-basdır etməyə cəhd göstərdiklərini həmkarlarının diqqətinə çatdırıb.

Etikxeber.az

 

Read Previous

Babilin bərpasına 250 milyon dollardan çox vəsait ayrılacaq – NAZİR

Read Next

Xanəndə Nuriyyə Hüseynovanın son bir ayda ikinci möhtəşəm konserti – BU DƏFƏ TEYYUB ASLANOVLA BİRGƏ SƏHNƏNİ BÖLÜŞDÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir