Biz yeni iş yerləri yaratmalıyıq – İLHAM ƏLİYEV

Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib ki, biz yeni iş yerləri yaratmalıyıq.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, Prezident deyib ki, çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq:

“Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır”.

Dövlət başçısı vurğulayıb ki, bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır:

“Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur.

Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.

Etikxeber.az

Read Previous

Qobulu Əməkdar artist dünyasını dəyişdi – FOTOLAR

Read Next

“Azərbaycanın AŞPA ilə əlaqələr genişlənir…” – ƏSƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir