“Bizi bizə qaytardınız, cənab Ali Baş Komandanım…Var olun, min yaşayın!”-JALƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNİN AZƏRBAYCAN XALQINA MÜRACİƏTİNİ “TARİX, DASTAN” ADLANDIRDI

“Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir…”

İlham ƏLİYEV

Möhtəşəm!!!

Var olun, cənab Prezident, min yaşayın, Ali Baş Komandanım!

Xalqa müraciətiniz, sadəcə, müraciət, nitq deyildi, bir tarix idi, bir səlnamə idi, bir dastan idi…

Bu günə kimi tarix yazırdınız, bu gün daha bir tarix yazdınız…Tarix yazırsınız, hələ çox tarix yazacaqsınız…

Bu günə kimi dərs verirdiniz,  bu gün bir daha dərs verdiniz düşmənə, yağıya… Dərs verirsiniz, hələ çox və çoxlarına dərs verəcəksiniz…

Çıxışınızı, müraciətinizi, qəhrəmanlıq dastanını sakit dinləmək, kövrəlməmək, sevinc, qürur duymamaq mümkün deyildi…

Sevindim, kövrəldim, qürur və fəxarət duydum ki, İlham Əliyev kimi KOMANDANın, SƏRKƏRDƏnin rəhbəri-LİDERİ olduğu ölkənin-Azərbaycanın vətəndaşıyam…

Fəxr etdim: nə yaxşı ki, Azərbaycanlıyam, Azərbaycandanam…

Bizi bizə qaytardınız, bir daha-incik, küskün ruhumuzu oyatdınız, bir daha özümüzə inanımızı qaytardınız…Tarixi kəlmələrinizlə, mürdik kəlamlarınızla…

Bunları yaşatdığınıza, möhtəşəm anları, 32 ildən çox gözlədiyimiz günləri, Zəfəri, Qələbəni bizlərə bəxş etdiyinizə görə, bir daha var olun…

Hələ çox Qələbələr, hələ çox Zəfərlər yaşadacaqsınız…

Hələ çox Qələbələrə, Zəfərlərə imza atacaqsınız…

Bunları Siz etmisiniz, bunları Siz edəcəksiniz…

Bu missiyanı-XİLASKARLIQ missiyasını Böyük Yaradan  məhz Sizə etibar, etimad edib, indiyə kimi, doğrultdunuz, bundan sonra da doğruldacaqsınız bu müqəddəs missiyanı…

Bu yolda Yaradan Sizə, canınızdan çox sevdiyiniz, uğrunda çox fədakarlıqlara imza atdığınız Xalqımıza, Dövlətimizə kömək, YAR və YARDIMÇI olsun…

Zəfər, Qələbə bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanın olacaq!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! …”-Prezident İlham Əliyev-AZƏRBAYCAN XALQINA MÜRACİƏT VƏ ERMƏNİLƏRƏ, ERMƏNİSTANA NÖVBƏTİ SƏRT XƏBƏRDARLIĞINI ETDİ… – YENİLƏNİB – (5) – FOTOLAR

Read Next

“Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir