Bizi çətin rəqib gözləyir – QURBAN QURBANOV

Qurban Qurbanov: Emeqaranın olmaması bizim üçün itkidir.

Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

Etikxeber.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubuna qarşı səfər oyun öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi həmçinin bildirib ki, məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq:

“Ötənilki “Şerif”lə builki arasında böyük fərq var. Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq.

Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də bəzi problemlər var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq”.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində “Şerif” (Moldova) – “Qarabağ” qarşılaşması avqustun 22-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tiraspolda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.

Oyunun hakim inspektoru funksiyasını ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olacaqlar.

Etikxeber.az

Read Previous

Ondan vəkil…olmaz… – TRAMP VƏKİLİ HAQQINDA

Read Next

Füzuli və Cəbrayılsız 25 il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir