“Bizi düşmənimizdən fərqləndirən əsas cəhət odur ki…”-MİLLƏT VƏKİLİNİN YAZISI

44 günlük döyüş əməliyyatları boyunca demək olar ki, dünya mediasının da qeyd etdiyi kimi hər iki tərəfin silah-sursatı, ağır texnikaları, hava hücumundan müdafiə vasitələri az-çox bərabər idi.

Lakin arada böyük fərq vətən sevgisi ilə döyüşən Azərbaycan ordusunun ruh yüksəkliyi idi.

Azərbaycanın bu qədər mürəkkəb hərbi əməliyyatlar meydanında irəliləyəcəyini düşünməyən müşahidəçilər üçün bu nəticə gözlənilməz oldu.

Xüsusilə Şuşa əməliyyatı bütün gümanları, məğlub Azərbaycan xalqı və ordusu şüurunu alt-üst etdi. Şuşa Qarabağın açarı, müharibənin taleyinin həlli idi.

Birinci Qarabağ müharibəsi də vəziyyət belə idi, amma o zaman silahlanma səviyyəsi tamamilə başqa idi.

Həmin dövrdə Azərbaycan xalqı sadəcə vətən sevgisi, ürəyi ilə savaşırdı. Hazırda isə vəziyyət tam fərqlidir.

Yüksək ordu quruculuğu, davamlı iqtisadi inkişaf siyasəti bizə uğur yaşatdı.

Dünya üçün hərbi əməliyyatın ilk mərhələsində ordumuzun strateji şəhəri olan Şuşanı ələ keçirəcəyini və Ermənistanı faktiki olaraq sülhə məcbur edəcəyini təsəvvür etmək çətin idi.

Ancaq dövlətimizin düşünülmüş və uzaqgörən siyasəti ilə bu təmin olundu. Biz uzun illər sülh yoluna inanıb gözlədik, ancaq mərhələ-mərhələ bu qələbəyə də hazırlıq görülürdü.

Əvvəlcə xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, xarici təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi.

Qələbənin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.Unikallığı ilə seçilən Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələsini özündə əks etdirərək peşəkarcasına hazırlanıb.

Dünyanın əksər ölkələrində belə bir park var. Bu turistlərin də marağına səbəb olur, səyahət etdikləri ölkələrin şanlı tarixini əyani şəkildə görürlər.

Bu gün Azərbaycan müharibə meydanında xalqımıza qarşı olunan bütün soyqırımların, faciələrin, günahsız körpələrin, şəhidlərin, 1 milyona yaxın məcburi köçkünün qısasını almış oldu.

Hərbi Qənimətlər Parkında olan bütün qənimətlər göstərir ki, Azərbaycan ordusu onun xalqına qarşı olan heç bir terroru unutmadı.

Bizi düşmənimizdən fərqləndirən əsas cəhət isə o idi ki, biz sivil xalqla deyil, terroristlərlə döyüşüb qisas aldıq.

Qəhrəman Azərbaycan ordusu döyüş meydanında böyük şücaət, sivil insanlara qarşı isə mərhəmət göstərdi.

Müşfiq CƏFƏROV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Milli birliyimizi heç kəs poza bilməz…”-MUSA URUD YAZDI

Read Next

“İştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik…Yəni, bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır”- Əliyevlə Lukaşenkonun təkbətək-GÖRÜŞÜ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir