“Bizi qarşıda növbəti böyük hədəflər gözləyir ki…”-JALƏ ƏLİYEVA

Yaz sessiyasının qanunvericilik işləri planında nəzərdə tutulan məsələlər, qanunvericilik aktları ölkəmizin inkişafı, tərəqqisi üçün töhfə verəcək qanunvericilik aktlardır. Bunlar çox mühüm məsələlər və addımlardır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yaz sesiyasının ilk iclasında deyib.

O, bildirib ki, istər İkinci Vətən Müharibəsi, istər möhtəşəm Qələbə, istərsə qazanılan tarixi Zəfərdən sonra görülən işlər Azərbaycanın bir daha gücünü, bir daha əzmini, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bir daha iradəsini və bir daha qətiyyətini göstərdi, nümayiş etdirdi.

Onun sözlərinə görə, dünya qarşısında bir daha güclü Azərbaycanı və onun güclü Liderini gördü.

Komitə sədrinin müavini eyni zamanda bildirib ki, qarşıda ölkəni çox böyük işlər, hədəflər, xüsusilə, Qarabağın bərpası və dirçəldilməsi gözləyir.

J. Əliyeva bu baxımdan, Qarabağın, işğal olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi yönündə qanunvercilik aktlarının qəbulunun və mövcud olanların təkmilləşdirilməsinin vacibliyini bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Zahid Oruc Hərbi doktrina və bəzi qanunlara-DƏYİŞİKLİKLƏRİ TƏKLİF ETDİ

Read Next

Parlamentin yaz sessiyası-SPİKER QISA ÇIXIŞ ETDİ, İTV-DƏ “PARLAMENT SAATI” VERİLİŞİNİN GEDƏCƏYİNİ DEDİ, SİYAVUŞ NOVRUZOV DİASPORAYA SƏSLƏNDİ, MƏLAHƏT İBRAHİMQIZI İŞSİZ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARINDAN DANIŞDI, ELMAN NƏSİROV HƏRBÇİLƏRİN MAAŞLARININ ARTIRILMASINI, AYDIN MİRZƏZADƏ VERGİ YÜKÜNÜN AZALDILMASINI TƏKLİF ETDİ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir