“Bizi yolumuzdan heç kim yayındıra bilməz… Torpaqlarımızı son qarışınadək geri qaytarmayana qədər durmaq, dayanmaq yoxdur…”-MİLLƏT VƏKİLİ

Azərbaycan hər gün yeni zəfərlərə imza atır.

Zamanın nəbzini tutan dövlət başçımız cənab Prezident İlham Əliyev yürütdüyü siyasəti ilə dövlətimizi daim zirvələrə qaldırır, xalqımızın rifahını yüksəldir. Bütün atılan və verilən qərarlar daim millətimizin mənafeyi nəzərə alınaraq atılır.

Ermənistanın faşizm üzərində qurulmuş siyasəti bizim dövlətin gücü və qüdrəti qarşısında uzun müddət davam gətirə bilməyəcəkdir. Paşinyan atdığı addımlarla Ermənistanı məğlubiyyətə düçar edir.

Bizimlə savaşmaq onlar üçün baha başa gəldi. Lakin real vəziyyəti qəbul etmək əvəzinə Ermənistan daha da çirkin yollara əl ataraq mülki əhalini, uşaqları, günahsız insanları hədəf alır. Gəncənin bombalanması çox çirkin əməl olmaqla yanaşı həm də cinayətdir. Bu onlar üçün adi bir hal olsada beynəlxalq aləmdə, bu, qəbuledilməzdir.

Belə bir vəziyyət bizim üçün Xocalı soyqırımındada baş vermişdir. Bu yola əl atan Ermənistanh tərəfinin məqsədi açıq şəkildə ortadadır. Onlar bizim də bu provakasiyaya getməyimizi istəyir. Lakin Azərbaycan heç bir zaman hüquq müstəvisindən kənar döyüş aparmayacaq. Mülki şəxslərin bombalanması bizimdə onlara cavab atəşi verməyimiziə bir təhrikdir.

Lakin bu bnirmənalı şəkildə yolverilməz haldır. Bu bizə qarşı törədilmiş növbəti bir terror aktıdır. Amma heç bir vəziyyət bizim xalqın iradəsini, ruh yüksəkliyini qıra bilməz. Dövlətimizi, millətimiz hər zaman böyük həvəslə döyüşə, torpaqlarımız uğrunda ölümə belə getməyə hazırdır. Biz əminik ki, əzəli Azərbaycan torpaqları olan Qarabağ bizim olacaq.

Dövlətimizə qarşı nə qədər də təzyiqlər olsada biz haqq yolumuzdan dönən deyilik. Bizə bu yolda daim öz dəstəyini göstərən qardaş ölkə Türkiyəyə öz dərin minnətdarlığımızı bildiririk. Türkiyə hər zaman bizim yanımızda olduğunu təkcə sözdə yox əməldə də sübut etmiş bir dövlətdir. Çünki Türkiyə və Azərbaycan bir millət iki dövlətdir. Bütün çıxışlarında bizim yanımızda olduğunu cənab Ərdoğanda dəfələrlə qeyd etmişdir.

Biz ikinci ən böyük mənəvi dəstəyi qardaş ölkə Pakistandan alırıq. Pakistan daim bizim yanımızdadır. Onların bizə dəstəyi birmənalı olaraq Türkiyədən geri qalmır. Pakistanın Baş Naziri də bu yolda çox böyük həmrəylik göstərərək çox müsbət açıqlamalar vermişdir. Atəşkəs imkan yaradacaq ki, bu məsələ hərb yolundan diplomatik yola keçid alsın. Danışıqlar masasında razılığa gəlinərək sülh olsun. Azərbaycan daim sülh tərəfdarı olmuşdur. Heç kəs istəməz ki, qan tökülərək nə isə əldə olunsun.

Ermənistan tərəfi bu verilən zaman kəsiyində doğru qərar verərək torpaqlarımızdan geri çəkilməli, sülhü bərqərar etməlidirlər. Təqvimlə əlaqədar olaraq mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu o demək deyil ki, bu təqvim olmayacaq, bu olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrida prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana geri qaytarılmasını təsbit edir. Danışıqlar format dəyişilməz olaraq qalır.

Aydın şəkildə də görünür ki, Ermənistan tərəfi yalnız faşizm üzərinə qurulu bir siyasətin qurbanıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb, Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, süverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Dağlıq Qarabağın müstəqilliyini tanımayan ölkənin olması şübhəlidir.

Birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib,- beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən. Orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb. Azərbaycan vətəndaşları ora qayıdır və qayıdacaqda. Dağlıq Qarabağın gələcəyi ilə bağlı müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq sülhə daha da yaxınlaşırıq. Bu, hər iki ölkə üçün ən doğru qərardır. Çünki hər iki tərəfdən saysız itkilərin olması hər birimiz üçün üzücüdür. Döyüşlərdə istəməsək də, günahsız insanlarımız həlak olur.

Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır. Ölkəmizdə bir çox millətlər yaşayır. Bu bizim ölkəmizin gücünü artırır. Ona görə də Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o criminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaqlar. Azərbaycan bunun üçün hər bir şəraiti yaradacaqdır. Bizdə yaşam sülh və firəvanlıq içərisindədir. Onların rifahı daha da yaxşı olacaqdır. Hər bir müharibənin sonu sülh ilə nəticələnir. Ona görə də biz bundan sonrakı siyasətin gedişinə baxmalı, sülhün baş verməsi üçün addımlar atmalıyıq.

Hər iki ölkənin siyasi iradəsi olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaqdır. Bugün artıq Azərbaycan tam fərqli bir dövlətdir. Yeni nəsil müstəqillik şəraitində yetişərək vətənpərvər ruhda inkişaf etmişdir. Eyni zamanda yaşlı nəsildə bu gün tam başqa bir dünyagörüşünə malikdir. Xalqımız, millətimiz daim inkişaf edir. Dövlətimizin güclü iradəsi, güclü ordusu vardır. Ermənistanın terrora yönülü addımları bizi məqsədimizdən dayandırmaqdır. Ancaq Paşinyan hələ də dərk etmir ki, bu imkansızdır. O zənn edir ki, bu xain zərbələr bizi geri çəkilməyə məcbur edəcək. Əksinə, biz daha da əzmlə öz məqsədimizə doğru irəliləyirik.

Bizi bu yolumuzdan heç kim yayındıra bilməz. Torpaqlarımızı son qarışınadək geri qaytarmayana qədər durmaq yoxdur. Bu gündə şanlı ordumuzun etdiyi budur, torpaqlarımızı işğaldan azad etmək. Hər bir rayonumuzda bayrağımızı dalğalandırmaq. Bu gün bizim razılığımız olmadan sülhməramlıların torpaqlarımıza göndərilməsi mümkün deyil. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni, ilk növbədə torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması lazımdır. Ancaq nəzərə alsaq ki, bu 30 ildə müzakirə müddətində müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb.

Ona görə də bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu mümkün deyil. Artıq Paşinyan Azərbaycanın həm döyüş sahəsində həm də siyasi sahədə sarsıdıcı zərbələr endirməsi nəticəsində özünü itirmiş, panikaya qapılmışdır. Buna əsas olaraq onun dəfələrlə hörmətli  Vladimir Putinə zəng etməsini göstərmək olar. Son atəşkəsdən sonra da o Putinə zəng etmişdir. Onun bu hərəkətləri yalnız onu göstərir ki,  bu adam panikaya qapılıb, təşviş içərisindədir. Azərbaycan ordusub döyüş meydanında düşmənə elə sarsıdıcı zərbələr endirib ki, artıq onlar qeyri-adekvat duruma düşüblər.

Bu döyüşdə Türkiyənin Azərbaycana mənəvi dəstəkdən başqa hərbi dəstəyindən sözü belə gedə bilməz. Bütün bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Türkiyə F-16-ları ilə bura təlim zamanı gəlmişlər. Təlimdən vər erməni hücumlarından sonra da burda qalmışlar. Lakin heç biri havaya qalxmamışdır. Nəinki Türkiyə, ümumiyyətlə, heç bir əcnəbi qüvvə bu savaşda iştirak etmir. Bunlar hamsı Ermənistan tərəfinin şər və böhtanıdır. Təbii ki, bu ittihamlar hamısı əsassız və sübuta yetirilməmiş bir yalanlardır. Ermənistan daim etdiyi kimi öz etdiyi iyrənc əməlləri bizim üzərimiziə yıxmağa çalışır. Onların ərazilərində PKK-nın düşərgələri vard, o cümlədən Dağlıq Qarabağda da. Bölgəni ermənilərdən təmizləyəndən sonra sıra onlara da gələcək.

Azərbaycan Ermənistandan əsgərlərindən əlavə muzdlularla da savaş aparır. Son iki həftə ərzində Ermənistana çox güclü zərbələr endirilmişdir. Onların 200-dən çox tankları məhv edilmiş, 33-ü isə qənimət olaraq götürülmüşdür. Ondan sonra hava hücumundan müdafiə sistemləri – OSA-35 məv edilmiş, bir çox başqa texnikaları sıradan çıxarılmışdır. Bütün bunları hesablasaq ancaq məhv edilən və qənimət olaraq götürülən texnikalar 1-2 milyard dollar dəyərindədir. Artıq Ermənistanın hərbi gücü çox zəyifləmişdir.

Lakin onlar dayanmadan havadarları tərəfindən silahlandırılırlar. Bu murdar xislətli dövlətdən hər şey gözləmək mümkündür. İyul ayında Tovuzda  baş vermis toqquşmalar onu göstərir ki, onlar boru xəttinə yaxınlaşmaq, ya da onu nəzarət altına almaq istəyirdilər. Məhz elə ona görə də onlar ərazimizə girib yeni topağlat işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini artıqlaması ilə yaşadılar. Bütün bu güc, qüdrət dövlətimizə cənab Prezident İlham Əliyevin siyasəti ilə qazanılmışdır.

Dövləti idarə edən şəxs güclü siyasi biliyə, intellekt səviyyəsinə, böyük dünyagörüşünə sahib olmalıdır. Bütün müsbət xüsusiyyətlər və idaretmə bacarığı bizim liderimizdə birləşmişdir. Ona görə də Ermənistan hal-hazırda bu vəziyyətdədir. Kimdir axı Paşinyan? Küçədən gələn bir adam. Hansıki, verdiyi səhv qərarlara görə Ermənistanı uçuruma aparır. Bu gün orada diktatura hökm sürür. Hər bir şey bərbad vəziyyətdədir. İdarəetmə sistemi çökmüş vəziyyətdə, siyasi durumları sıfıra bərabərdir.

İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Təşkilatın nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa, digər ölkələr gərək bunun canını qurtarsın. Elə gəncənin bonmalanmasıda buna təhrik üçündür. Ermənistanda baş vermis hadisələr sorosun növbəti məğlubiyyətidir.

Bu gün döyüşdən zərər çəkmiş insanlar heçnədən narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək , onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu məsələ nəzarət altındadır. Hazırda hər kəs deyir ki, evim də batsın, mülküm də batsın amma təki Qarabağ geri qaytarılsın. 30 ildir biz bü nishillə yaşayırıq. Bizə torpaqlarımız müqəddəsdir. Heç bir madiyyatla bunun dəyəri ölçülə bilməz.

Biz buna son qoyuruq və qoyacağıq. Atəşkəsin olması Ermənistana verilmiş bir şans idi. Buna bizi heç kim məcbur etmədi, edə də bilməzdi. Bu qərar bizim tərəfdən verilmiş bir şans idi. İstəyimiz odur ki, hər iki tərəfində itkiləri olmasın. Bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, amma sülh yolu ilə. Biz qan tökmək uğruna yaşayan bir millət deyilik.

Ona görə də Ermənistana şans verildi, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı geri ver! Yenə də son söz təbii ki, Azərbaycanındır.

Sülh bərqərar olmasa da, biz torpaqlarımızı geri qaytaracağıq. Necə ki, indi də azad edirik.

Biz bütün rayonlarımızı, şəhərlərimizi də elə geri qaytarmaq qüdrətinə sahibik.

Rəşadətli Azərbaycan ordusu tərəfindən artıq neçə kəndlərimiz işğaldan azad edilib.

Eşq olsun, cənab Prezidentimiz İlham Əliyevə, eşq olsun, Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Düşmən Tərtəri atəş altında saxlamaqdadır-AĞDAM DA ATƏŞƏ MƏRUZ QALMAQDADIR…-YENİLƏNİB

Read Next

Oktyabrın 19-dan noyabrın 2-dək məktəblərdə dərs olmayacaq-METRO YENİDƏN İŞLƏMƏYƏCƏK…-NAZİRLƏR KABİNETİNDƏN YENİ QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir