“Bizik Laçınlı, bizik dağlı-aranlı Qarabağlı!”-ELDAR İBRAHİMOV LAÇININ İŞĞALDAN AZAD OLUNMASININ BİR İLİNDƏN YAZDI

Düz bir il öncə-bu gün, 1 dekabr 2020-ci il tarixində Azərbaycanın işğal altında olan sonuncu rayonu-Laçın rayonu murdar erməni tapdağından  azad olundu.

Laçınsızlığa, 28 ildən çox davam edən işğala son qoyuldu.

Laçın yenidən sahiblərinə-Laçınlılarına, Azərbaycanına qovuşdu.

Laçının işğaldan azad olunması xəbərini, tarixi müjdəni yenə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan Azərbaycan xalqına çatdırdı.

Azərbaycan xalqına növbəti-1 dekabr 2020-ci tarixli müraciətində ölkə Prezidenti, tarixi Qələbə və Zəfərimizin memarı cənab İlham Əliyev Laçının işğaldan qurtulduğunu, azad edildiyini  bəyan etdi.

Müraciətində “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”-deyə, bəyan edən Müzəffər Ali Baş Komandan bildirdi ki, uzun illər ərzində – 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu.

Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı.

 İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi.

Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Ancaq 44 günlük tarixi Vətən Müharibəsi, 10 noyabr bəyanatı, Qələbə və Zəfərimiz yeni reallıq yaratdı.

Düşmən, Ermənistan qarşımızda dik çökdü, diz çökdürüldü və birmənalı şəkildə şərtləri diktə edən tərəf biz olduq.

Ağdam, Kəlbəcər və nəhayət, Laçın rayonu bir güllə atılmadan işğaldan azad olundu, sahibinə-Azərbaycanına qaytarıldı.

Düz bir ildir ki, işğaldan azad olunmuş digər yurd yerlərimizlə birgə Laçın rayonu da bizdədir.

Bizik Laçınlı, bizik dağlı-aranlı Qarabağlı!

Bizik 86, 6 kvadratkilometrlik Azərbaycanın qanuni yiyəsi, sahibi.

Bu torpaqlar tarixən bizim olub, bizimdir və daim də bizim olacaq!

Kimsə və kimsə bir daha bu torpaqları bizdən qopara bilməyəcək.

İmkan vermədik, imkan vermərik, imkan verməyəcəyik!

Bir ildir ki, artıq işğaldan azad olunmuş bölgələrimizdə, o cümlədən Laçında sürətli bərpa-quruculuq işləri görülməkdədir.

Qalib Sərkərdə son bir ildə iki dəfə Laçın rayonunda olub, orada təməlatmalarda, açılışlarda iştirak edib.

Hər səfərində də düşmənə gözdağı verib, ona bütün müstəvilərdə öldürücü və sarsıdıcı zərbələr vurub.

Bəli, Ali Baş Komandanın başçılığı ilə hər gün Qələbələr, Zəfərlər əldə edir, Tarix yazırıq.

Bəli, bundan sonra da Qələbələr və Zəfərlər bizim olacaq, yenə Tarix yazmaqda davam edəcəyik.

Bəli, Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan! 

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Ərdoğan Əliyevə-BAŞSAĞLIĞI VERDİ

Read Next

Laçının işğaldan azad edilməsindən-BİR İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir