Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yazıçı-deputatdan etiraz: O günəmi qalmışıq ki, başımızın üstündə əxlaq polisi dayansın?
Mən də bir ziyalı, bir Azərbaycan kişisi, bir millət vəkili və bir söz adasmı kimi, bəzi media orqanlarında və sosial şəbəkələrdə açılan müzakirələrdən narahatam. Yəni, insanların geyim, yaşam tərzi ilə bağlı aparılan müzakirələri, səslənən ittihamları, aşağılamaları heç cür doğru bilmirəm və qəbul etmirəm. İnsanların geyiminə, yaşam tərzinə, şəxsi həyatına qarışmaq yolverilməz və qəbuledilməz bir haldır.
Etikxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.

“Kimsə şortik geyindi, kimsə gödək geyindi və sair, bunun kimə nə dəxli var? Kimsə kimdənsə buna görə icazəmi, razılıqlmı, “lisenziyamı” almalıdır? Hər kəs bu məsələdə azaddır”-deyən millət vəkili bununla yanaşı, Azərbaycan xalqının öz adət-ənənələrinin, milli dəyərlərinin olduğunu və bunların da diqqətə alınmasının vacibliyini sözlərinə əlavə edib.
“Biz bu məqamları da unutmamalıyıq, hər zaman geymimizə, davranışlarımıza ciddi diqqət yetirməliyik. Başqalarını ittiham etmək, aşağılmaq yerinə, özümüz nümunə olmalıyıq. Amma bir daha qeyd edirəm ki, kimlərinsə geyiminə görə onları linç etmək kimi ağlasığmaz hərəkətlərə yol vermək qanunsuzluqdur, cinayətdir və heç cür qəbul olunmamalıdır. Bəzən belə ifadələr, “təkliflər” səslənir ki, bəlkə bizdə də bəzi ölkələrdə olduğu kimi, əxlaq polisi yaradılsın, təşkil edilsin…Bu, çox yanlış və çox zərərli bir düşüncədir. Biz məgər o günəmi qalmışıq ki, başımızın üstündə bir əxlaq polisi dayansın? Onda biz kim, nə olarıq? Bizim dəyərlərimiz, əxlaq tərzimiz nə olar? Bununla bütün dəyərlərimizin üstündən bir andaca xətt çəkmiş olmarıqmı? Hesab edirəm ki, belə bir məsələ ola bilməz. Biz özümüz özümüzü tənzimləməli, özümüz özümüzə qiymət verməyi bacarmalıyıq. Başqa bir düşüncə ola bilməz”-deyə, yazıçı sözlərinə əlavə edib.
Etikxeber.az





