“Gerçək avropalı olduğumuzu görürsünüz…Bizə yardım edin!”-ZELENSKİNİN MÜRACİƏTİ AVROPARLAMENTARİLƏR TƏRƏFİNDƏN AYAQÜSTƏ VƏ ALQIŞLARLA QARŞILANDI, TƏRCÜMƏÇİ GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ

Biz uzun zamandır Avropanı seçmişik. İndi siz Ukraynanı seçməlisiniz.

Etikxeber.az xəbər verir ki, bunu bir az öncə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinə (AP) videoformatda müraciətində deyib.

O, qeyd edib ki, işğalçı Rusiya qoşunları tərəfindən Ukraynanın paytaxtı, Xarkov şəhəri, onun mərkəzindəki ən böyük “Azadlıq” meydanı vurulur, insanlar ölür, qətlə yetirilir.

“Bundan sonra bütün meydanlar “Azadlıq” meydanı olacaq…Bizim gerçək Avropalı olduğumuzu görürsünüz…Bizə yardım edin!”-deyə, Zelenski əlavə edib.

Zelenski bir daha Avropanı Rusiya-Ukrayna savaşında onları tək buraxmamağa çağırıb.

“Kimsə dirənişimizi qıra bilməyəcək. Siz də arxamızda dayandığınızı göstərin”-deyə, Ukrayna Prezidenti sonra qeyd edib.

Onun müraciəti Avropa Parlamentinin üzvləri tərəfindən ayaqüstə və alqışlarla qarşılanıb.

Eyni zamanda, Zelenskinin müraciətini (çıxışını) tərcümə edən avropalı tərcüməçi göz yaşlarını saxlaya bilməyib.

Etikxeber.az

Read Previous

Belarus da Ukraynaya-QOŞUN YERİTDİ – YENİLƏNİB – (1)

Read Next

Daha 832 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir