“Bizim heç kimə ərazi iddiamız yoxdur…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra qardaş Türkiyə arasında minlərlə sənəd imzalanıb.

Etkxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, o sənədlərin bəziləri hərbi xarakterli sənədlərdir.

“Bu yaxınlarda Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlıları təlim keçirdi. Bundan sonra da Türkiyə və Azərbaycan arasında çox sayda hərbi xarakterli sənədlər imzalanacaq. Keçirilən hərbi təlimlər regionda sülhün, sabitliyin bərqərar olması üçün edilir. Bizim heç kimə ərazi iddiamız yoxdur. Biz istəyirik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. Çox təəssüf ki, biz bunu hələ Ermənistan tərəfindən görmürük. Son vaxtlar Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir. Onlar muxtariyyət və müstəqilliklə bağlı iddialar ortaya atırlar. Prezident İlham Əliyev bu iddialara qəti şəkildə cavab verdi”-deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

Prokurorluq əməkdaşlarına ali xüsusi-RÜTBƏLƏR VERİLDİ

Read Next

Elman Nəsirovdan Minsk qrupunun həmsədrləri ilə bağlı-“A” VƏ “B” PLANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir