“Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik, qələbə çalacağıq”-MƏLAHƏT İBRAHİMQIZI

Bu gecə təcavüzkar Ermənistanın işğalçı ordusu Azərbaycanın Qarabağ istiqamətdə sərhədlərimizi ağır artileriya ilə atəş açaraq hücum etmişdir. Azərbaycanın Qəhrəman Milli Ordusu təcavüzkar Ermənistanın alçaq hücumunun qarşısının alınması üçün hər cür tədbirlər görmüş və gölməkdədir. Azərbaycan xalqı Ali Baş Komandanın və Milli Ordusunun arxasındadır. Azərbaycanın ümümxalq birliyi mənfur erməniləri qorxudan lərzəyə salmışdır. Allah Milli Ordumuzu müzəffər etsin. Azərbaycan Xalqı Ali Baş Komandanına və Milli Ordusuna inanır və güvənir. 

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı deyib.

Qeyd edib ki, Azərbaycanın müzəffər və müsəlləh Milli Ordusu artıq 7 kəndimizi işğaldan azad etmiş, o cümlədən, Ağdərə və Murovdağdakı strateji-hakim yüksəklikləri nəzarətə götürmüşdür.

Onun sözlərinə görə, Azərbaycan Ordusu bu gün növbəti dəfə zəfər yazmış və yazmaqdadır.

“Odur ki, yaşadığı regiondan, tutduğu mövqədən, sosial durumundan asılı olmayaraq, hər bir kəs həmrəylik göstərib vahid mövqedən çıxış etməlidir və edir. Lazım olarsa, hər birimiz gedib cəbhədə vuruşub canımızı qurban verməyə hazır olmalıyıq və hazırıq. Bizim işimiz haqq işidir və biz mütləq qalib gələcəyik, qələbə çalacağıq.

Dövlət başçımızın Təhlükəsizlik Şurasının iclasında da qeyd etdiyi kimi, biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ümumiyyətlə, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur.

Amma öz torpağımızı heç kimə verən deyilik. Heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir”-TANINMIŞ MƏDƏNİYYƏT XADİMLƏRİ VƏ YARADICI ZİYALILAR AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

Read Next

MM-in təcili iclası-BAŞLADI – İCLASDA CƏBHƏDƏ BAŞ VERƏNLƏR MÜZAKİRƏ OLUNUR – ÖLKƏDƏ HƏRBİ VƏZİYYƏTİN ELAN OLUNMASI İLƏ BAĞLI QƏRAR QƏBUL EDİLİB – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir