“Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var…”-QÜDRƏT HƏSƏNQULİYEV

Bu dəyişikliklərin heç də bütün vətəndaşların yaxşılığına olduğunu deyə bilmərəm.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Bildirib ki, qanunun 8-ci maddəsində çoxuşaqlı anaların pensiyaya çıxmasının qarşısı alınır.

“Bundan nazirlik nə qədər vəsaitə qənaət edəcək? Bunu bilmək istəyirəm. Əvvəlki qanunun 8-ci maddəsinə görə, 6 uşağı olan anaların pensiya yaşı 6 il, 10 uşağı olanların 10 il azaldılırdı. İndi hamısının pensiya yaşı 5 il azalacaq. Bizdə, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır. Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır. Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35%-dən az olmasın”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Fəzail Ağamalı pensiya yaşının qadınlar üçün 55, kişilər üçün 60 yaş-MÜƏYYƏN OLUNMASINI TƏKLİF ETDİ

Read Next

11 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir