“Bizimkilər xaricdə aralarındakı münasibətləri aydınlaşdırarkən…”- POLİTOLOQ

“Erməni lobbisi yenə gücünü göstərdi. Bizimkilər xaricdə aralarındakı münasibətləri aydınlaşdırarkən, qeydiyyat uğrunda məhkəmədə mübarizə apararkən ermənilər son bir neçə gündə iki ciddi həmlə etdilər”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, birinci həmlədə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla bir məclisdə oturtdular, ikinci həmlədə Fransada prezidenliyə əsas namizədlərə “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”, “Dağlıq Qarabağın Azərbaycana aidiyyatı yoxdur” fikirlərini dedirtdilər.

“Biz isə bütün bunları müşahidə etdik, uzaqbaşı sosial şəbəkədən onlara mesaj yolladıq”-deyə, politoloq sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Yeni növ yazı işlərinin yoxlanması üçün ölkə üzrə hər bir fəndən ən azı 5 min marker lazımdır” – MƏLEYKƏ ABBASZADƏ

Read Next

Düşmən atəşkəs rejimini 140 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir