“BlackBerry” smartfon istehsalından imtina edib- RƏSMİ AÇIQLAMA

Kanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib.

“Biz öz strategiyamızda dönüş anına yaxınlaşırıq, maliyyə əsaslarımız güclüdür və proqram təminatı ilə məşğul olmağa qərar vermişik” – deyə, “BlackBerry” şirkətinin baş direktoru Con Çen bildirib.

Etikxeber.az “dailycomm.ru” saytına istinadən xəbər verir ki, baş direktorun sözlərinə görə, şirkət bu tədbirlər sayəsində kapitala olan tələbi azaltmağı və investisiyalardan gəlir əldə edilməsini yüksəltməyi nəzərdə tutur.

“BlackBerry” brendinə məxsus smartfonlar bazarda mövcud olacaq, amma şirkət bu qurğuları özü hazırlamayacaq.

Etikxeber.az

Read Previous

“TAP layihəsinin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyinə əminəm”- Nazir

Read Next

Valeh Ələsgərov: “Afrika İttifaqı ilə əlaqələr yüksək səviyyədə deyil…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir