BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Astanaya gəldi…

BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura Suriya üzrə danışıqlarda iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib.

Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu gecə Suriya müxalifətinin nümayəndə heyətinin də Astanaya gələcəyi gözlənilir.

Suriya üzrə danışıqlar yanvarın 23-də Qazaxıstan paytaxtında başlayacaq. Rusiya, Türkiyə və İran nümayəndə heyətləri artıq Astanadadır. ABŞ Xarici İşlər Nazirliyi Astanaya Vaşinqtondan nümayəndə heyəti göndərilməyəcəyini, toplantıya Birləşmiş Ştatların Qazaxıstandakı səfirinin qatılacağını bildirib.

Etikxeber.az

Read Previous

DÖYÜŞƏ QADINLAR GEDİR…

Read Next

Meylə Tramp bir araya gələcək…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir