BMT ilə Avropa İttifaqı da İrandakı terraktları pislədi

BMT-nin baş katibi Antonio Quterreş və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini iyunun 7-də səhər Tehranda törədilən terror aktlarını kəskin şəkildə pisləyiblər.

Etikxeber.az-ın xəbərinə görə, xüsusi bəyanatla çıxış edən BMT-nin baş katibi dünya dövlətlərini beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Baş katib terror nəticəsində həlak olanların yaxınlarına başsağlığı verərək İran rəsmilərini günahkarları tez bir zamanda aşkar edib cəzalandırmağa çağırıb.

Federika Moqerini Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığında İran xalqına və dövlətinə başsağlığı verib. Qeyd olunub ki, Avropa ölkələrinin paytaxtlarında baş verən terror aktı ilə Tehranda törədilən hadisənin hədəfi günahsız insanlar olub. Telefon danışığında radikal dini cərəyanlara qarşı mübarizənin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Etikxeber.az

Read Previous

“Böyük Oyun”un dəhşətlərinin fərqində olanların sayı artacaq və…” – DEPUTAT

Read Next

“Forbes” ən bahalı 20 klubun siyahısını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir