Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı Nəqliyyat Agentliyi küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə bir sıra təkliflər hazırlayıb.
Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O, bildirib ki, təkliflərdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ-hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifadə edilməsinə dair məsələlər öz əksini tapıb.
M.Ağayevin sözlərinə görə, qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib.
Etikxeber.az