BNA yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemini-TƏTBİQ EDƏCƏK

Bakı Nəqliyyat Agentliyi (BNA) idarəetmə sisteminin tətbiqinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

Etikxeber.az-ın “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Agentliyin elan etdiyi tenderin qalibi “Azericert” MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 45 min manat təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, “Azericert” şirkəti tərəfindən BNA-da ISO 39001:2012 beynəlxalq standartının tələblərinə uyğun yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemi tətbiq olunacaq.

Etikxeber.az

Read Previous

Dövlət orqanları rəhbərlərinin xidməti avtomobilləri üçün aylıq yürüş həddi-MƏHDUDLAŞDIRILDI…

Read Next

49 yoluxma qeydə alındı-KORONAVİRUS DAHA BİR CAN ALDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir