Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlandı

Boks üzrə Azərbaycan milli komandalarının baş məşqçilərinin adları açıqlanıb.

Federasiyadan  Etikxeber.az-a bildiriblər ki, kişilərdən ibarət əsas yığma komanda Leonid Layinskiyə tapşırılıb. Nəriman Abdullayev komandada böyük məşqçi funksiyasını davam etdirəcək.

Gənclərdən ibarət yığma komanda Vaqif Şirinova həvalə edilib. Yeniyetmə boksçularımızı isə yenə Vaqif Kazımov çalışdıracaq.

Qadınlardan ibarət milli komandamız sonuncu Avropa çempionatında olduğu kimi, Elbrus Rzayevin rəhbərliyi ilə hazırlıq keçəcək.

 Etikxeber.az

Read Previous

Azarkeşlər toplanışdan sonra daha güclü “Qarabağ”ı izləyəcək – Elşən Abdullayev

Read Next

Naxçıvanın hərbi potensialı lazımi səviyyədədir – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir