“Bona Dea”-nın açılışı oldu – PREZİDENTLƏ XANIMI DA AÇILIŞA QATILDI – FOTOLAR – YENİLƏNİB

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsdi.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər.

don-bea-2

Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Sonra dövlət başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

“Seçim yenə İlham Əliyev olacaq, çünki…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Read Next

Tel-Rıfat əməliyyatına başladı – TÜRK ORDUSU – BÖLGƏ AZAD OLUNDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir