“Borussiya” Lüsyen Favr ilə müqavilənin müddətini uzatdı

Almaniyanın “Borussiya Dortmund” futbol klubunun rəhbərliyi baş məşqçi Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, 61 yaşlı mütəxəssis 2021-ci il iyunun 30-dək komandanı çalışdıracaq.

L.Favr 2018-ci ilin mayından Dortmund təmsilçisinə rəhbərlik edir. Komanda ötən mövsüm Almaniya çempionatında liderdən cəmi iki xal geri qalaraq 76 xalla ikinci yeri tutub.

O, daha əvvəl “Nitsa”, “Borussiya Münxenqladbax”, “Herta” (Almaniya), İsveçrənin “Surix”, “Servet”, “İverdon” və “Eşalen” komandalarının baş məşqçisi olub.

Etikxeber.az

Read Previous

“Son sərəncamlar tarixi və inqilabi sərəncamlardır” – ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

Read Next

Aydın Mirzəzadə prezidentin son sərəncamlarından yazdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir